...

Azərbaycanda buraxılış imtahanlarının sayı artırılacaq

Cəmiyyət Materials 27 Sentyabr 2013 13:09 (UTC +04:00)
2015-ci ildən Azərbaycanın orta məktəb məzunları üçün keçirilən buraxılış imtahanlarında fənlərin sayı artırılacaq.
Azərbaycanda buraxılış imtahanlarının sayı artırılacaq

Azərbaycan, Bakı, 27 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

2015-ci ildən Azərbaycanın orta məktəb məzunları üçün keçirilən buraxılış imtahanlarında fənlərin sayı artırılacaq.

Trend-in məlumatına görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında deyib ki, hazırda şagirdlər Ana dili və riyaziyyat fənlərindən buraxlış imtahanı verirlər. 2015-ci ildən isə şagirdlərin 4-5 fəndən imtahan vermələri nəzərdə tutulur. Bunlardan ikisi "Ana dili" və "Riyaziyyat" fənni olacaq. Qalan fənlər isə TQDK-nın təqdim etdiyi fənlərin sırasından şagirdlərin öz istəyi ilə seçiləcək. Seçiləcək fənlər Azərbaycan tarixi, Azərbaycan coğrafiyası, biologiya, kimya, fizika olacaq. Xarici dilin də bu seçim siyahısına salınacağı gözlənilir.

M.Abbaszadə qeyd edib ki, 2014-cü ildən etibarən ediləcək daha bir yeniliyə əsasən, 2014-cü ilin 9-sinif məzunları buraxılış imtahanlarında göstərdikləri nəticələr əsasında 9 illik bazadan orta ixtisas təhsili müəssisələrinə qəbul ola biləcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti