...

"Səs Ver" kampaniyası çərçivəsində görülən işlərə yekun qiymət verildi

Cəmiyyət Materials 8 Oktyabr 2013 12:58 (UTC +04:00)
Bu gün Bakıda Mərkəzi Seçki Komisiyası (MSK) ilə “İrəli” İctimai Birliyi tərəfindən həyata keçirilən “Səs Ver” kampaniyasının fəaliyyəti ilə bağlı mətbuat konfransı keçirilib.
"Səs Ver" kampaniyası çərçivəsində görülən işlərə yekun qiymət verildi

Azərbaycan, Bakı, 8 oktyabr /Trend, müxbir E.Mehdiyev/

Bu gün Bakıda Mərkəzi Seçki Komissiyası (MSK) ilə "İrəli" İctimai Birliyi tərəfindən həyata keçirilən "Səs Ver" kampaniyasının fəaliyyəti ilə bağlı mətbuat konfransı keçirilib. Trend-in məlumatına görə, tədbirdə çıxış edən Mərkəzi Seçki Komisiyası (MSK) Katibliyinin müdiri Rövzət Qasımov layihəni yüksək dəyərləndirib.

O qeyd edib ki, "Səs Ver" kampaniyası uğurlu nəticələr verməkdədir.

R.Qasımov qeyd edib ki, bu işlə məşğul olan gənclər çox böyük məharətlə hər şeyin öhdəsindən gəldilər.

R.Qasımov bildirib ki, layihənin ən mühüm hissəsi sabah olacaq: "Çünki indiyədək ilk dəfə səs verəcək seçici gənclərimiz nəyisə soruşurdularsa, sabah artıq onlar birbaşa bu prosesdə iştirak edəcəklər".

Daha sonra "İrəli" İctimai Birliyin sədri Rauf Mərdiyev əsas məqsədi prezident seçkilərində gənclərin seçki prosesinə fəal şəkildə cəlb olunması olan layihə çərçivəsində görülən işlər barəsində danışıb. Onun sözlərinə görə, layihə çərçivəsində gənclər arasında, eyni zamanda bütün sosial şəbəklərdə aktiv işlər aparılıb.

R.Mərdiyev bildirib ki, "Səs Ver" kampaniyası çərçivəsində yayılan məlumatların "Facebook" sosial şəbəkəsində 650 min, "Twitter"də isə 125 min baxış sayı olub. R.Mərdiyev həmçinin qeyd edib ki, "Youtube" da 140 min nəfər kampaniya çərçivəsində hazırlanan videolara baxıb.

"İrəli" İB-nin sədri bildirib ki, kampaniya çərçivəsində www.sesver.az saytı fəaliyyətə başlayıb, "Səs Ver" mahnısı yazılıb və klip təqdim edilib: "Eyni zamanda ali təhsil müəssisələrində və bölgələrdə "Səs Ver" təlimləri keçirilib. Məlumatlandırıcı kitablar hazırlanıb, "Səs Ver" Çağrı Mərkəzi fəaliyyətə başlayıb.

Qeyd edək ki, ümumilikdə bu il səsvermədə 5 milyon seçici iştirak edəcək və onlardan 2 milyon nəfəri, yəni 40 faizi gənclərdir. Gənclər arasında təxminən 500 min nəfəri ilk dəfə prezident seçkilərində səs verəcək ki, bu da ümumi seçicilərin 10 faizini təşkil edir".

Layihənin məqsədi seçkilər zamanı səsvermə hüququndan ilk dəfə istifadə edəcək gənclərin maarifləndirilməsi, onların seçkilərdə fəal iştiraka həvəsləndirilməsi, gənclər arasında fəal vətəndaşlığın təbliği, bütün ölkə üzrə ilk dəfə səs verəcək gənclərin şəbəkəsinin yaradılmasını təmin etməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti