...

İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun Müşahidə Şurasının növbəti iclasında altı sənəd təsdiq edilib

Cəmiyyət Materials 11 Oktyabr 2013 10:03 (UTC +04:00)
Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun Müşahidə Şurasının növbədən kənar iclasında altı sənəd təsdiq edilib.
İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun Müşahidə Şurasının növbəti iclasında altı sənəd təsdiq edilib

Azərbaycan, Bakı, 11 oktyabr /Trend, müxbir H. Vəliyev/

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun Müşahidə Şurasının növbədənkənar iclasında altı sənəd təsdiq edilib.

RİTN-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, rabitə və informasiya texnologiyaları nazirinin müavini və fondun Müşahidə Şurasının sədri Elmir Vəlizadənin rəhbərliyi ilə keçirilən tədbirdə ilk iclasda təqdim edilən investisiya layihələrinin qiymətləndirilmə meyarları, banklar və bank olmayan kredit təșkilatlarının fondun Müșahidə Șurasına təqdim edəcəyi sənədlərin siyahısı və sahibkarlıq subyektləri tərəfindən təqdim edilən investisiya layihələrinin tərtib edilməsinə dair tələblər təsdiq edilib.

Müşahidə Şurasının iclasında "İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun vəsaitləri hesabına kreditlərin verilməsi məqsədilə sahibkarlıq subyektləri tərəfindən təqdim edilən investisiya layihələrinin qiymətləndirilmə meyarları", "Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun vəsaiti hesabına kreditlərin verilməsində müvəkkil kredit təșkilatı kimi iștirak etmək istəyən banklar və bank olmayan kredit təșkilatlarının fondun Müșahidə Șurasına təqdim edəcəyi sənədlər", "Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun vəsaitləri hesabına güzəştli kreditlərin alınması üçün sahibkarlıq subyektləri tərəfindən təqdim edilən investisiya layihələrinin tərtib edilməsinə dair tələblər" müzakirə edilib.

Sonda Müşahidə Şurasının üzvləri tərəfindən yeni üç sənədlə bağlı təkliflər qəbul edilərək təsdiq olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti