...

Mətbuat Şurası: İcazəli mitinqdə jurnalistlərin peşə vəzifələrini yerinə yetirmələrinə məhdudiyyət faktı olmayıb

Cəmiyyət Materials 12 Oktyabr 2013 18:07 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 oktyabr /Trend, müxbir E.Mehdiyev/

Azərbaycan Mətuat Şurasının (MŞ) Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə fəaliyyət göstərən monitorinq qrupu Milli Şuranın oktyabrın 12-də Yasamal rayonunda yerləşən İdman-Sağlamlıq Kompleksinin stadionunda keçirilmiş icazəli mitinqində jurnalistlərin peşə vəzifələrini yerinə yetirmələrinə hər hansı məhdudiyyət faktı qeydə almayıb. Bu barədə Trend Şuranın mətbuat xidmətinə istinadən məlumat verib.

MŞ-nin mitinq müddətində "qaynar xətt" rejimində fəaliyyət göstərən (012) 441 35 96 telefon nömrəsinə də bununla bağlı hər hansı məlumat daxil olmayıb.

Şuranın monitorinq qrupu icazəli aksiyada peşə vəzifəsini yerinə yetirmiş jurnalistlərin əsasən üzərində "PRESS" yazılmış xüsusi gödəkçələrdə olduqlarını qeydə alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti