...

Azərbaycanın peşə təhsilinin inkişafına dair memorandum imzalanıb

Cəmiyyət Materials 25 Oktyabr 2013 12:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

Təhsil Nazirliyi, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və "Azərsu" ASC arasında ilk peşə-ixtisas müəssislərinin fəaliyyətinin dəstəklənməsi barədə ikitərəfli əməkdaşlıq memorandumu imzalanıb. Trend-in məlumatına görə, sənədin imzalanma mərasimində çıxış edən təhsil naziri Mikayıl Cabbarov bildirib ki, peşə təhsili Azərbaycanın təhsil sistemi üçün prioritet istqamətlərdən biridir.

Nazirin sözlərinə görə, işəgötürənlər tərəfindən peşə ixtisasları üzrə hazırlanan kadrlara tələbat çox yüksəkdir. Digər tərəfdən, peşə məktəblərinin hazırladığı kadrlar əmək bazarının tələb etdiyi keyfiyyətlərə malik deyillər.

M.Cabbarov qeyd edib ki, memorandumun imzalanmasının məqsədi Azərbaycan iqtisadiyyatının yüksək templə davam edən inkişafına töhfə vermək, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına müvafiq olaraq, əmək bazarının tələblərinə uyğun ixtisaslı kadr hazırlığı sistemini təkmilləşdirilmək, işəgötürən təşkilatlarla əlaqələrin möhkəmləndirilməsini təmin etməkdir.

M.Cabbaov deyib ki, nazirlik tərəfindən ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbul planı müəyyənləşdirilərkən ARDNŞ və "Azərsu" ASC-nin ehtiyacları nəzərə alınacaq.

Təhsil naziri əməkdaşlıq çərçivəsində müvafiq ixtisaslar üzrə tələb olunan peşə təhsili standartlarının, fənn kurikumlarının birgə hazırlanması nəzərdə tutulur.

ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev ilk peşə təhsili müəssisələrinin fəaliyyətinin dəstəklənməsi və ehtiyac duyulan ixtisaslar üzrə kadrların hazırlanması istiqamətində Təhsil Nazirliyi ilə əməkdaşlığın uğurlu nəticələr verəcəyinə əmin olduğunu bildirib.

"Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynov ölkənin əksər yaşayış məntəqələrinin içməli su ilə təmin etmək üçün hazırlanmış layihələrin uğurla həyata keçirildiyini nəzərə çatdırıb. Təhsil Nazirliyi ilə qarşılıqlı əməkdaşlığın peşəkar kompetensiyalara malik müvafiq mütəxəssislərin hazırlanması işinə sistemli yanaşmağa imkan verdiyi vurğulayan "Azərsu" sədri birgə səylərlə qarşıya qoyulmuş vəzifələrin uğurla yerinə yetiriləcəyinə əmin olduğunu deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti