...

Bakı bulvarında idman kompleksi tikiləcək

Cəmiyyət Materials 25 Oktyabr 2013 17:09 (UTC +04:00)
Yaxın bir neçə ayda Dənizkənarı Milli Parkda idman kompleksi olacaq. Trend-in məlumatına görə, bunu jurnalistlərə Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov deyib:
Bakı bulvarında idman kompleksi tikiləcək

Azərbaycan, Bakı, 25 oktyabr /Trend, müxbir E.Əliyev/

Yaxın bir neçə ayda Dənizkənarı Milli Parkda idman kompleksi olacaq. Trend-in məlumatına görə, bunu jurnalistlərə Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov deyib:

"Milli Olimpiya Komitəsi və Gənclər və İdman Nazirliyinin əməkdaşları kompleksin yerləşəcəyi əraziyə baxış keçiriblər. Kompleks layihəsi tərtib və təsdiq edildikdən sonra onun tikintisinə başlanılacaq. Tikinti işləri 1-2 aydan çox vaxt aparmayacaq".

Onun sözlərinə görə, ümumilikdə yalnız zəruri avadanlığı gətirərək quraşdırmaq lazımdır: "Hesab edirəm ki, 2013-cü ilin sonu, 2014-cü ilin əvvəlində idman kompleksi istismara veriləcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti