...

Bakı Slavyan Universitetinin dekanı, Anar Niftəliyevin həyat yoldaşının ölümünün ilkin səbəbi müəyyən oldu

Cəmiyyət Materials 29 Oktyabr 2013 15:51 (UTC +04:00)
Azərbaycan Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi Bakı Slavyan Universitetinin Yaradıcılıq fakültəsinin dekanı, jurnalist Anar Niftəliyevin həyat yoldaşı Elnarə Tofiqqızının ölümünün ilkin səbəbini müəyyən edib.
Bakı Slavyan Universitetinin dekanı, Anar Niftəliyevin həyat yoldaşının ölümünün ilkin səbəbi müəyyən oldu

Azərbaycan, Bakı, 29 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi Bakı Slavyan Universitetinin Yaradıcılıq fakültəsinin dekanı, jurnalist Anar Niftəliyevin həyat yoldaşı Elnarə Tofiqqızının ölümünün ilkin səbəbini müəyyən edib.

Birlikdən Trend-ə verilən məlumata görə, ilkin rəyə əsasən, ölümə səbəb ümumi kəskin tənəffüs çatışmazlığıdır.

Artıq ilkin ekspertiza rəyi komisyon məhkəmə tibbi ekspertizasına təqdim edilib. Respublikanın baş mütəxəssislərinin cəlb olunduğu komisyon məhkəmə-tibb ekspertizası zamanı xəstənin tibbi sənədlərindən tutmuş onun əvvəlki xəstəliklərinin olub-olmamaması, xəstəliklərlə bağlı mövcud vəziyyəti təhlil ediləcək. Bu ekspertiza nəticəsində xəstənin ölümündə həkim səhvinin olub-olmadığı və olubsa, bu səhvlərin nələrdən ibarət olduğu, bu zaman hansı yardımların göstərildiyi, yaxud nə üçün yardım göstərilmədiyi müəyyənləşəcək.

E.Tofiqqızında tənəffüs çatışmazlığının yaranmasına gətirib çıxaran səbəblər də komisyon məhkəmə ekspertiza zamanı aydınlaşdırılacaq. Bu ekspertiza bir ay ərzində aparılır.

Qeyd edək ki, E.Tofiqqızı "Medi Sina" klinikasında əməliyyata hazırlıq vaxtı dünyasını dəyişib. Süd vəzilərindəki şişə görə əməliyyat edilməli olan E.Tofiqqızı narkoz vurulan kimi komaya düşərək dünyasını dəyişib. Xəstənin ölümü ilə bağlı araşdırma aparılması üçün mərhumun həyat yoldaşı A.Niftəliyev Səhiyyə Nazirliyinə rəsmi şəkildə müraciət edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti