...

Azərbaycanlı həkimlər daha çox Türkiyənin səhiyyə sektoruna üz tuturlar

Cəmiyyət Materials 30 Oktyabr 2013 10:39 (UTC +04:00)
Bu il ərzində 50-dən çox azərbaycanlı həkim Türkiyənin səhiyyə sektorunda isə başlayıb.
Azərbaycanlı həkimlər daha çox Türkiyənin səhiyyə sektoruna üz tuturlar

Azərbaycan, Bakı, 30 oktyabr /Trend, müxbir R.Hafizoğlu/

Bu il ərzində 68 azərbaycanlı həkim Türkiyədə səhiyyə sahəsində isə başlayıb. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Zaman" qəzeti bu ölkənin səhiyyə naziri Mehmet Müəzzinoğluna istinadən bildirib.

Səhiyyə nazirinin sözlərinə görə, ümumilikdə ölkənin səhiyyə sahəsində çalışmaq üçün 443 əcnəbi həkim nazirliyə müraciət edib.

Nazir onu da qeyd edib ki, ölkənin səhiyyə sektorunda azərbaycanlı həkimlərlə yanaşı İran və Yunanıstandan da həkimlər çalışırlar.

Türkiyənin səhiyyə naziri bundan əvvəl verdiyi açıqlamada Yunanıstandakı iqtisadi böhranla əlaqədar olaraq ölkəyə yeddi min həkimin dəvət edildiyini bildirmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti