Azərbaycan, Bakı, 31 oktyabr /Trend, müxbir İ.İsabalayeva/
Azərbaycanda apteklərdə eyniadda dərmanların vahid qiymətə satılması ilə bağlı qaydalar hazırlanıb. Trend-in məlumatına görə, bunu səhiyyə nazirinin müavini Elsevər Ağayev jurnalistlərə bildirib.
Nazir müavininin sözlərinə görə, bu il iyun ayında İqtisadi İnkişaf Nazirliyi ilə birgə hazırlanan təkliflər paketi Nazirlər Kabinetinə təqdim edilmişdi: "İndi isə artıq hazır sənədlərin paketi NK-ya təqdim edilib. Burada dərmanların vahid qiymətə satılması ilə əlaqədar qaydaları və nəzarət mexanizmini əks etdirən əsasnamə, eyni zamanda vahid qiymətin formalaşdırılmasına əsaslanan qaydalar öz əksini tapıb".