...

Şəmsəddin Hacıyev: "Elm haqqında" qanun layihəsi Milli Məclisdə müzakirəyə hazırdır

Cəmiyyət Materials 31 Oktyabr 2013 17:57 (UTC +04:00)
Müzakirəsi təxirə salınmış "Elm haqqında" qanun layihəsinə yaxın vaxtlarda Milli Məclisin payız sessiyasında baxılacaq.
Şəmsəddin Hacıyev: "Elm haqqında" qanun layihəsi Milli Məclisdə müzakirəyə hazırdır

Azərbaycan, Bakı, 31 oktyabr /Trend, müxbir E.Əliyev/

Müzakirəsi təxirə salınmış "Elm haqqında" qanun layihəsinə yaxın vaxtlarda Milli Məclisin payız sessiyasında baxılacaq. Trend-in məlumatına görə, bunu cümə axşamı jurnalistlərə Milli Məclisin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev deyib.

Onun sözlərinə görə, qanun tam hazırdır: "Qanun yaxın günlərdə parlamentin komitəsində müzakirə ediləcək, sonra isə plenar iclasa çıxarılacaq. Bu sessiyanın gedişatında, həmçinin ölkə büdcəsi layihəsi nəzərdən keçiriləcək, lakin əminəm ki, "Elm haqqında" qanuna da lazımi diqqət göstəriləcək".

Ş.Hacıyev qeyd edib ki, bu sənəd elm sahəsində vahid və hərtərəfli qanunverici baza olacaq: "Sənəd Azərbaycanda bu sahənin gələcək inkişafına xidmət edəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti