...

Azərbaycanda orta məktəblərin internetə qoşulma sürəti artırılacaq

Cəmiyyət Materials 4 Noyabr 2013 11:53 (UTC +04:00)
Azərbaycanın orta məktəblərində internet şəbəkəsinə qoşulma sürətinin artırılması planlaşdırılır.
Azərbaycanda orta məktəblərin internetə qoşulma sürəti artırılacaq

Azərbaycan, Bakı, 4 noyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanın orta məktəblərində internet şəbəkəsinə qoşulma sürətinin artırılması planlaşdırılır.

Trend-in məlumatına görə, Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov "Gələcək nəsillələrlə üz-üzə" V ümumrespublika inşa müsabiqəsinin nəticələrinə həsr olunan tədbirdə çıxışı zamanı bildirib ki, təhsil sisteminin informasiyalaşdırılması ilə bağlı həyata keçirilən Dövlət Proqramı çərçivəsində orta məktəblər sürətli internet şəbəkəsinə qoşulublar.

"Biz çalışacağıq ki, yaxın illərdə artıq bütün orta məktəblər informasiya kommunikasiya texnologiyaları ilə təchiz olunsunlar, xüsusilə də yüksək sürətli internetə qoşulsunlar. Bu gün məktəblərin internet şəbəkəsinə orta qoşulma sürəti 3-4 meqabit\saniyəni keçmirsə, bunu biz təxminən 10 dəfə qaldırmalıyıq", - deyə Əli Abbasov qeyd edib.

Nazir vurğulayıb ki, orta məktəblərdə İKT-nin tətbiqi təhsil sistemində gözlənilənlərdən də yaxşı nəticələrə gətirib çıxarıb. İKT-nin tətbiqi təhsilin keyfiyyətini də artırır.

Əli Abbasov xatırladıb ki, Prezident İlham Əliyevin bu il oktyabrın 24-də imzaladığı "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda da təhsil sistemində İKT-nin tətbiqinin genişləndirilməsi məsələləri öz əksini tapıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti