...

Şəmsəddin Hacıyev: Azərbaycanda təhsilə ayrılan xərclər sabit şəkildə artır

Cəmiyyət Materials 6 Noyabr 2013 13:58 (UTC +04:00)
Onun sözlərinə görə, 2014-cü ilin büdcə layihəsində təhsilə ayrılacaq xərclərin 12 faiz, səhiyyə sahəsinə ayrılan xərclərin isə 14 faiz artırılması nəzərdə tutulub. Elm və incəsənət sahələrinə ayrılan xərclər isə 15 faiz artacaq.
Şəmsəddin Hacıyev: Azərbaycanda təhsilə ayrılan xərclər sabit şəkildə artır

Azərbaycan, Bakı, 6 noyabr /Trend, müxbir E.Əliyev/

Dövlət büdcəsindən təhsil sahəsinə ayrılan xərclər sabit olaraq artır. Trend-in məlumatına görə, bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev çərşənbə günü parlamentin Elm və təhsil, Hüquq siyasəti və dövlət quruculuğu, Regional məsələlər, Mədəniyyət, İnsan haqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin geniştərkibli iclasında 2014-cü il üzrə dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı bildirib.

Onun sözlərinə görə, 2014-cü ilin büdcə layihəsində təhsilə ayrılacaq xərclərin 12 faiz, səhiyyə sahəsinə ayrılan xərclərin isə 14 faiz artırılması nəzərdə tutulub. Elm və incəsənət sahələrinə ayrılan xərclər isə 15 faiz artacaq.

Ş. Hacıyev qeyd edib ki, son illər təhsil sahəsində ciddi islahatlar aparılır: "Bununla əlaqədar təhsil sahəsinə xərclərin 1,6 milyard manatadək artması sevindirici haldır. Təhsil xərclərinin strukturunda bütün bəndlər üzrə maliyyələşdirmənin artması müşahidə edilir. Ali məktəblərə çəkilən xərclər istisnalıq təşkil edir. Bu da onların fəaliyyətinin maliyyələşdirmə sxeminin dəyişməsi ilə izah edilir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti