...

Gəncədə Dövlət Bayrağı Günü təntənə ilə qeyd edilib (FOTO)

Cəmiyyət Materials 8 Noyabr 2013 15:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 noyabr /Trend/

Gəncədə Dövlət Bayrağı Günü təntənə ilə qeyd edilib.

Gəncə şəhər İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, nəfəsli orkestrin ifasında dövlət himni səsləndikdən sonra meydan əsgərlərə və məktəblilərə verilib.

Əsgərlər Azərbaycan bayrağını meydandan keçirdikdən sonra məktəblilər marş sədaları altında tədbir iştirakçılarının qarşısından keçmişlər.

Tədbirdə iştirak edən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev çıxış edərək üçrəngli bayrağın hər bir azərbaycanlı üçün məhəbbət simvoluna çevrildiyini qeyd edib, ölkə başçısı İlham Əliyevin dövlət bayrağının müqəddəsliyi istiqamətində həyata keçirdiyi tədbirlərdən danışıb. Qeyd edib ki, dünyada ilk hündür bayraq Azərbaycanda, Bakıda ucaldılıb, məhz burada bayraq muzeyi yaradılıb. Gəncənin Bayraq meydanında dalğalanan bayraq isə hündürlüyünə görə respublikada ikinci ən uca bayraqdır.

Bayram tədbirində Azərbaycan bayrağının tezliklə Dağlıq Qarabağda da dalğalanacağına əminlik ifadə olunub.

Sonra şəhərin musiqi kollektivləri Vətənə, qəhrəmanlığa həsr olunmuş konsert proqramı ilə tədbir iştirakçıları qarşısında çıxış edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti