...

Təhsil Nazirliyi “Elektrik qaz qaynaqçısı” ixtisası üzrə Resurs Mərkəzi yaradıb

Cəmiyyət Materials 18 Noyabr 2013 10:37 (UTC +04:00)
4 nömrəli Bakı Peşə Liseyində "Elektrik qaz qaynaqçısı" ixtisası üzrə Resurs Mərkəzi istifadəyə verilib.
Təhsil Nazirliyi “Elektrik qaz qaynaqçısı” ixtisası üzrə Resurs Mərkəzi yaradıb

Azərbaycan, Bakı, 18 noyabr /Trend, müxbir İ.İsabalayeva/

4 nömrəli Bakı Peşə Liseyində "Elektrik qaz qaynaqçısı" ixtisası üzrə Resurs Mərkəzi istifadəyə verilib.

Trend Təhsil Nazirliyinin saytına istinadən xəbər verir ki, Təhsil Nazirliyi və Belarus hökumətinin dəstəyi ilə "Müasir Azərbaycan peşəkarları" layihəsi çərçivəsində istifadəyə verilmiş Resurs Mərkəzi gənclərin ilk peşə-ixtisas təhsili müəssisələrinə cəlb olunması səviyyəsinin yüksəldilməsi və kadr hazırlığı prosesinin keyfiyyətinin artırılması məqsədlərinə xidmət edir.

Təhsil Nazirliyi Resurs Mərkəzinin yerləşdiyi binanın əsaslı təmirini və müasir avadanlıqla təchiz edilməsini yerinə yetirib. Mərkəzdə tikinti sahəsi, xüsusən qaynaq texnologiyaları üzrə ixtisaslı kadrların hazırlanması üçün müasir tələblərə cavab verən şərait yaradılıb. Bundan əlavə, Belarus hökuməti ilə əməkdaşlıq çərçivəsində ustaların Belarus Peşə Təhsili İnstitutunda təlim keçməsi təmin olunub.

Təhsil Nazirliyi tərəfindən həyata keçirilən "Müasir Azərbaycan peşəkarları" layihəsi çərçivəsində peşə təhsili sisteminin əhatə dairəsinin genişləndirilməsi, kadr hazırlığı prosesinin keyfiyyətinin yüksəldilməsi və müasir tipli pilot peşə təhsili komplekslərinin yaradılması nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti