...

İntiqam Babayev: Qırğızıstan və Azərbaycan gəncləri təcrübə və informasiya mübadiləsinə ehtiyac duyurlar

Cəmiyyət Materials 20 Noyabr 2013 17:12 (UTC +04:00)
Gənclər forumunun mövzusu həmişə əsas məsələlər ətrafında dövr edəcək: məqsədə necə çatmalı, nə etməli, hansı proqramları həyata keçirməli, dövlətlərimiz hansı sahədə təcrübə mübadiləsi aparmalı?
İntiqam Babayev: Qırğızıstan və Azərbaycan gəncləri təcrübə və informasiya mübadiləsinə ehtiyac duyurlar

Azərbaycan, Bakı, 20 noyabr /Trend/

Gənclər forumunun mövzusu həmişə əsas məsələlər ətrafında dövr edəcək: məqsədə necə çatmalı, nə etməli, hansı proqramları həyata keçirməli, dövlətlərimiz hansı sahədə təcrübə mübadiləsi aparmalı? Trend-in "AKİpress" informasiya agentliyinə istinadən verdiyi məlumata görə, bunu Azərbaycanın gənclər və idman nazirinin müavini İntiqam Babayev Qırğızıstan-Azərbaycan Gənclər Forumunda deyib.

Onun sözlərinə görə, iki ölkənin gəncləri, ilk növbədə, təcrübə və informasiya mübadiləsi aparmalıdırlar: "Birlikdə, eyni zamanda, bir-birimizə kömək etməklə ayrılıqda nə edə biləcəyimizi müzakirə etməliyik. Son zamanlar gənclər çox sürətlə dəyişirlər: əgər bu dövr əvvəllər 10-15 il davam edirdisə, indi cəmi 2 ilə olur. Onların baxışları, xarici keyfiyyətləri və daxili dünyaları tez dəyişir və inkişaf edir".

İ.Babayev qeyd edib ki, bu sahədə iki ölkənin qurumları arasında gənclər üçün yay dövründə mütəmadi düşərgələrin, Qırğızıstanda gənclər gününün, tematik seminar və tədbirlərin birgə keçirilməsi planlaşdırılır: "Forumun əsas məqsədi müstəqil dövlətlərimizi inkişaf etdirəcək yeni nəsilin hazırlanması, onların biliklərini artırmaq və keşiyində durmaqdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti