...

Bu gündən Bakıda GT3 dünya avtomobil yarışı ilə əlaqədar paytaxtın bəzi yolları bağlanır

Cəmiyyət Materials 22 Noyabr 2013 11:31 (UTC +04:00)
Bakıda keçirilən dünya GT3 avtomobil yarışı çərçivəsində paradın rəsmi açılışı ilə əlaqədar bu gün saat 16:00-dan etibarən paytaxtın Səbail rayonu ərazisində bir sıra yollar istiqamətində avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq.
Bu gündən Bakıda GT3 dünya avtomobil yarışı ilə əlaqədar paytaxtın bəzi yolları bağlanır

Azərbaycan, Bakı, 22 noyabr /Trend, müxbir E.Mehdiyev/

Bakıda keçirilən GT3 dünya avtomobil yarışı çərçivəsində paradın rəsmi açılışı ilə əlaqədar bu gün saat 16:00-dan etibarən paytaxtın Səbail rayonu ərazisində bir sıra yollar istiqamətində avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq.

Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov Trend-ə bildirib ki, bununla əlaqədar Bakı şəhər Dövlət Yol Polis İdarəsi avtomobil sahiblərinə, sücürülərə, xüsusən bölgələrdən paytaxtın mərkəzi istiqamətinə, eləcə də Bakıdan bölgələr istiqamətində hərəkət edənlərin nəzərinə çatdırır ki, təhlükəsizliyin təmin edilməsi məqsədilə bu istiqamətlər üzrə avtomobillərin hərəkətinə tam məhdudiyyət qoyulur: "Bayraq meydanından başlayaraq Azneft dairəsi istiqamətində və Fövqəladə Hallar Nazirliyinin Səbail rayon Yanğından Mühafizə İdarəsinin inzibati binası qarşısından geriyə dönməklə Mikayıl Useynov və onunla kəsişən, eləcə də paralel olan küçələr üzrə nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulur. Eləcə də Bayıl dairəsindən şəhər istiqamətində hərəkətin mümkünsüzlüyü nəzərə alınaraq, bir daha bildirilir ki, sürücülər Bakı-Salyan yolunun 14-cü km-dən 3-cü kənar dairəvi yolla və yaxud 20-ci sahə dairəsindən dağüstü yolla Badamdar qəsəbəsi istiqamətində hərəkət etsinlər".

V.Əsədovun sözlərinə görə, paytaxtdan çıxmaq istəyən sürücülərə isə parad tam qurtarana qədər alternativ yolla hərəkət etmələri tövsiyə edilir: "Noyabrın 23-də isə yarışın seçim turu keçiriləcək və qeyd edilən istiqamətlər üzrə avtomobillərin hərəkətinə tam məhdudiyyət qoyulacaq. Yarışın final mərhələsi isə noyabrın 24-də baş tutacaq. Bununla əlaqədar tamaşaçıların xüsusi ayrılmış yerlər üzrə daşınması təmin ediləcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti