...

Ukraynada Avropaya inteqrasiyaya dəstək aksiyaları davam edir

Cəmiyyət Materials 25 Noyabr 2013 17:21 (UTC +04:00)
Ukraynanın qərbindəki İvano-Frankovsk və Lvov şəhərlərində minlərlə insanın iştirakı ilə Avropaya inteqrasiyaya dəstək aksiyaları keçirildiyi halda, ölkənin şərqində, Xarkov şəhərində hər hansı aksiyanın keçirilməsi qadağan edilib.
Ukraynada Avropaya inteqrasiyaya dəstək aksiyaları davam edir

Azərbaycan, Bakı, 25 noyabr /Trend/

Ukraynanın qərbindəki İvano-Frankovsk və Lvov şəhərlərində minlərlə insanın iştirakı ilə Avropaya inteqrasiyaya dəstək aksiyaları keçirildiyi halda, ölkənin şərqində, Xarkov şəhərində hər hansı aksiyanın keçirilməsi qadağan edilib. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna KİV xəbər yayır.

Ukraynanın "Beşinci kanal"ı məlumat verir ki, İvano-Frankovskda bazar ertəsi 12 minə yaxın şəxs Ukraynanın Avropaya inteqrasiyasına dəstək məqsədilə mitinq keçirir. Mitinqin iştirakçıları əsasən tələbələrdir, onlar vilayət administrasiyasının binasına doğru yürüş ediblər.

Bundan başqa, Ternopolda da 400-ə yaxın tələbənin iştirakı ilə mitinq keçirilir. Sulu qarın yağmasına baxmayaraq, şəhərdə mitinq iştirakçılarının sayı artır. Onlar çadır şəhərciyi qurur və vətəndaşları Kiyevə mitinqə getməyə çağırırlar.

Bununla yanaşı, bazar günü mitinqlərin keçirildiyi Xarkovda qrip səbəbindən hər hansı aksiyanın keçirilməsi qadağan edilib.

Ukraynanın Zaxid.net nəşrinin yazdığına görə, Lvovda tələbələr bazar ertəsi 10 minə yqaxın insanın iştirakı ilə yürüş təşkil ediblər.

Ukrayna KİV-in məlumatına görə, Çerniqovda məhkəmənin qərarı ilə "Avropa meydanı" adlandırılan yer dağıdılıb.

Bu arada Kiyevdə hökumət binasının qarşısında mitinq davam edir. Bura 200-ə yaxın şəxs toplaşıb. Mitinq dinc şəraitdə keçir, iştirakçılar Ukrayna mahnıları oxuyurlar. Onları binadan "Berkut" xüsusi təyinatlılarının cərgəsi ayırır. Lakin Nazirlər Kabinetinin binasının mühafizəsi toqquşmanın baş verdiyi səhər saatları ilə müqayisədə bir qədər zəifləyib. Kiyevin mərkəzindəki Avropa meydanında müxalifət partiyalarının quraşdırdıqları çadırlar əvvəlki kimi durur, orada adamlar yoxdur, lakin ekranlarda dünənki mitinq nümayiş olunur. Müstəqillik meydanında yüzə yaxın adam var, orada sakitlik hökm sürür. Meydanlara aparan yollar bağlanmayıb.

Qeyd edək ki, ötən cümə axşamı Ukrayna hökuməti Aİ ilə assosiasiyalar haqqında sazişin imzalanmasına hazırlığın dayandırılmasını qərara alıb. Bu qərar ölkənin Avropaya inteqrasiyasının tərəfdarlarının etiraz aksiyalarına səbəb olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti