...

Mirşahin Ağayev: ANS öz adi işini görür, Azərbaycana xidmət göstərir

Cəmiyyət Materials 26 Noyabr 2013 13:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 noyabr /Trend, müxbir E.Mehdiyev/

MDB məkanının və müstəqil Azərbaycanın ilk müstəqil telekanalı olan ANS bu gün 22 yaşını qeyd edir.

ANS ölkədə baş verən ictimai-siyasi hadisələr haqqında məlumat verən ilk müstəqil televiziya şirkəti kimi xalq arasında geniş nüfuza malikdir. Azərbaycanın vətənpərvər gənclərinin Qarabağ döyüşlərindəki qəhrəmanlıqlarını və Xocalı soyqırımını lentə alıb tarixin yaddaşına köçürən jurnalistlər də məhz bu şirkətdə çalışıblar və çalışırlar.

ANS Şirkətlər Qrupunun vitse-prezidenti, Əməkdar jurnalist Mirşahin Ağayev Trend-ə bildirib ki, telekanal öz adi işini görür, Azərbaycana xidmət göstərir: "ANS ötən illər ərzində daha peşəkar olub. Hər şey dəyişdiyi və inkişaf etdiyi kimi, ANS də inkişaf edir".

ANS-in baş verən hadisələri göstərdiyini deyən M.Ağayev bildirib ki, telekanal kiminsə istədiyini yox, reallıqları göstərir.

Trend İnformasiya Agentliyinin kollektivi Azərbaycanda ilk özəl telekanal olan ANS-in kollektivini telekanalın yaranması günü münasibətilə təbrik edir, fəaliyyətlərində yeni uğurlar arzulayır!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti