Əsl vətəndaş, alim örnəyi!

Əsl vətəndaş, alim örnəyi!

Qənirə Paşayeva, millət vəkili, siyasi elmlər üzrə fəlsəfə doktoru

Əsl vətəndaş, alim örnəyi! Təşəkkürlər Nərgiz xanim!

Bugünlərdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialında "Oksford Universiteti nəzdində Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzi" mövzusunda "dəyirmi masa" keçirildi. Baş nazirin müavini, Xalq yazıçısı Elçin Əfəndiyev, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, millət vəkili İsa Həbibbəyli, Azərbaycanda Atatürk Mərkəzinin müdiri, AMEA-nın müxbir üzvü, millət vəkili Nizami Cəfərov, AMEA Şərqşünaslıq İnstitutunun direktoru, professor, millət vəkili Gövhər Baxşəliyeva, Azərbaycan Tarix Muzeyinin direktoru, AMEA-nın həqiqi üzvü akademik Nailə Vəlixanlı, Nizami adına Ədəbiyyat İnstitutunun direktor müavini, AMEA-nın müxbir üzvü Teymur Kərimli, AMEA-nın müxbir üzvü, professor Tofiq Hacıyev, təbii ki, ev sahibi - MDU-nun Bakı filialının rektoru, İngiltərə-Azərbaycan Cəmiyyətinin həmsədri, filologiya elmləri doktoru, professor Nərgiz Paşayeva, habelə digər tanınmış alimlər, tarixçilər, şərqşünaslar, linqvistlər və ictimaiyyət nümayəndələri "dəyirmi masa"da iştirak edirdilər.

İştirak və çıxış etməkdən məmnun qaldığım bu mötəbər elmi tədbir, eləcə də, professor Nərgiz Paşayevanın, onun başçılıq etdiyi gənc təhsil ocağının Vətənimiz, mədəniyyətimiz adına imza atdığı bu böyük uğur haqqında öz düşüncə və fikirlərimi oxucularla, ümumən ictimaiyyətimizlə bölüşmək və elmi-ədəbi ictimaiyyətimizdən bundan sonrakı gözləntilər barədə bəzi fikirləri söyləmək istəyirəm.

Mətbuatdan bəlli olduğu kimi, oktyabrın 28-də Oksford Universitetinin Şərqşünaslıq Departamentinin dəvəti ilə Nərgiz xanım Paşayeva həmin universitetə gedib, bundan bir ay öncə - sentyabr ayında isə Oksford Universitetindən iki professor (şərqşünas alim) ali təhsil müəssisəsinin fəaliyyəti ilə tanış olmaq məqsədilə MDU-nun Bakı filialına gəlib. Və həmin görüşdə acınacaqlı bir gerçəklik ortalığa çıxıb: Oksford Universitetində Azərbaycan ədəbiyyatı, tarixi, dili haqqında heç nə tədris olunmur..! Özü də, bu... Oksford Universitetində bədnam qonşumuz olan ermənilərin (eləcə də, digər qonşumuz gürcülərin) dilinin tədris edilməsi fonunda baş verir...

Professor Nərgiz Paşayeva vətəndaş yanğısı, azərbaycanlı qayğıkeşliyi ilə qeyd edir ki, "...müzakirələrdən sonra bəlli oldu ki, (Oksford Universitetində) XIX yüzildən erməni dili keçirilirdi, lakin 1965-ci ildən sonra müntəzəm olaraq bakalavr və magistr proqramları səviyyəsində erməni ədəbiyyatı, dili və tarixi öyrənilir. Bu fənləri o vaxt keçmiş Sovet İttifaqından gələn müəllimlər tədris ediblər. Ancaq hazırda Oksford Universitetində işləyən avropalı alimlər bu proqramı tədris edirlər". Və beləliklə, uzun illər Oksford Universiteti kimi dünyaca ünlü bir elm-təhsil, mədəniyyət ocağı davamlı olaraq erməni "elmi dəlilləri"nə, "erməni həqiqətləri"nə məruz qalıb..! Təsəvvür edin, yalnız Böyük Britaniya deyil, dünyanın bir çox ölkəsi ilə tələbə, professor-müəllim bağlantısı olan bir elm, təhsil, mədəniyyət ocağında Azərbaycan həqiqətlərindən söz açmaq necə bir reaksiya, necə bir ortam vəd edir?!. - Gəlin açıq danışaq, şiddətini bəlkə çox qısa şəkildə çatdırdğımız uzunmüddətli "erməni elmi-mədəni ("həqiqətləri") propaqandası" fonunda bizim həqiqətən də həqiqət olan həqiqətlərimizi ifadə edən sözümüz kəsərsiz olur... Bax, belə ortamda bir xanım professor, bir gənc təhsil müəssisəsi qocaman bir mühit önündə ciddi uğura imza atmağı bacarır! Bu, professor Nərgiz Paşayevanın şəxsi nüfuzu, intellektual qabiliyyəti, gənc quruluş olmasına baxmayaraq, artıq elm-təhsil və mədəniyyət ocağına çevrilmiş, müsbət imicli MDU-nun Bakı filialı fəallarının gözəl çalışmalarının nəticəsidir! Fürsətdən istifadə edib, rektor Nərgiz Paşayevanın timsalında bütün MDU Bakı filialı əməkdaşlarını təbrik edir, yeni-yeni uğurlar arzulayıram!

Qayıdaq, Oksforda və Nərgiz xanımın səfərinə. MDU-nun Bakı filialının rektoru britaniyalı alimlərlə müzakirələr zamanı təklif edib ki, Oksford Universitetinin nəzdində Elmi Mərkəz açılsın və bu Mərkəz gələcəkdə Oksford Universitetinin bir hissəsi kimi tanınsın, qəbul olunsun, gələcək nəsillər bundan istifadə edə bilsin. Onun inandırıcı fikirləri haqlı mövqeyinin (belə deyək, ədalətli istəyinin!) Oksford Universitetinin yetkili nümayəndələri tərəfindən qəbul edilməsi ilə nəticələnib. Burada maraqlı nüanslardan biri də, professor Nərgiz Paşayevanın Mərkəzin Nizami Gəncəvinin adını daşıması barədə təklifi olub. Məsələ ondadır ki, Britaniyalı alimlərin özlərinin də hörmətli rektorumuza etiraf etdikləri kimi Oksford Universitetində Nizami Gəncəvi "fars şairi" kimi tədris edilir... Gəlin bu yerdə, yenidən Nərgiz xanımın sözlərinə müraciət edək: "...Mən isə onlara Nizaminin simasında qurucu, birləşdirici bir şəxsiyyət gördüyümü bildirdim.

...Mən Nizaminin simasında millətləri ayıran, etnik fikirləri bir-birinə qarşı qoyan bir sima görmürəm. Nizaminin simasında fərqli fikirləri və yanaşmaları bir araya gətirən sima görürəm. Əgər siz razı olsanız, biz bu Elmi Mərkəzi Nizami Gəncəvinin şərəfinə adlandıracaq və işimizi bu prinsiplə, bu siyasətlə, bu yanaşma ilə aparacağıq.

Mənə təklif etdilər ki, Mərkəzə Füzulinin adını verək. Mən dedim ki, əlbəttə, Füzuli dahi şairdir, yüksək müstəvidə bir mərkəzin adına layiq böyük simadır. Lakin mən çox xahiş edirəm ki, Mərkəzin adını dəyişməyək, Nizaminin adına olsun".

Nə gizlədim, bir soydaşımın, bir elm adamının bu nəzakətli prinsipiallığı, ümumən onun elmi və yaradıcı, təşkilati çalışmaları məni ilk növbədə bir Azərbaycanlı olaraq qürurlandırır. İstər-istəməz, böyük ustad Mir Cəlalı, akademik Arif Paşayevi, professor Aida İmanquliyevanı, öz parlaq fəaliyyəti, nəcib siması ilə yalnız böyüdüyü ailənin deyil, bütün xalqın sevimlisi olan Mehriban Əliyevanı düşünür, Nərgiz xanımın su içdiyi bulağın, tərbiyə aldığı ailənin, yetişdiyi mühitin onun əldə etdiyi uğurların əsasında durduğunu, ölkəmiz üçün vətəndaş yanğısının köklərini təşkil etdiyini fikirləşirəm. Bu, prezident İlham Əliyev cənablarının ölkəmizin ümumi inkişafı, dünyada söz sahibi olması, öz haqq etdiyi mövqelərə sahib olması üçün böyük səylərinə, onun "hücum diplomatiyası" taktikasına bir rektorun, bir elm xadiminin, bir yanar ürək sahibi olan vətəndaşın olumlu cavabıdır. - Və mən bunu bir örnək kimi xarakterizə edərdim. Bir yeni nəsil ziyalımızın yaratdığı belə bir örnək misalında, bizim hər birimiz ölkəmizin maraqlarına öz töhfələrimizlə cavab verməyə daxili ehtiyac duymalıyıq, deyə düşünürəm.

Bir daha xanım rektorun Oksforddakı nəzakətli prinsipiallığına qayıtmaq istərdim. Təbii ki, onun əsas məqsədi Oksford Universiteti kimi tanınmış elm, təhsil, mədəniyyət ocağında Azərbaycan tarixini, dilini, ədəbiyyatını təbliğ edən Mərkəzin yaradılması idi. Xanım Paşa­yevanın öz sözləri ilə desək, "...əsas məqsəd Nizami Gəncəvinin Azərbaycan şairi olduğunu sübut etmək deyil. Onsuz da Nizaminin əsərləri, fəlsəfəsi, kəlamları, həyatı buna sübutdur"... lakin bir Mərkəz yaradılırsa, elə yaradılışından və də öz adı ilə ülvi məqsədlərinə xidmət edirsə, bu daha yaxşı nəticə, daha təsirli hal deyilmi?..

Bilirsiz, biz professor Nərgiz Paşayevnın bu uğuru timsalında həm Avropada itirilmiş illəri mümkün olan ən qısa zamanda doldurmaq (keçmək), bəzi qonşularımızla münasibətdə ("həqiqət davası"nda!) haqlılığımızı elmin, mədəniyyətin dili ilə, dünyanın, Britaniyanın, Oksfordun anladığı dillə anlatmaq baxımından əlverişli bir fürsət əldə etmişik! Mən bu fürsəti unikal fürsət hesab edirəm!

Belə bir Mərkəzin yaradılmasında əsas məqsədlərdən biri də, Sovet dövründə beynəlxalq aləmdə özünü geniş tanıtmaq imkanları çox zəif olan Azərbaycanın elm və ictimai xadimlərini tanıtmaq olacaqdır. Bu isə yeni imzalar, yeni tədqiqatlar, yeni qatlar, yeni üfüqlər vəd edir... N.Paşayevanın qeyd etdiyi kimi, Azərbaycan alimlərinin, şərqşünaslarının, türko­loqlarının gözəl əsərləri var. - "Bu əsərlərin bəziləri Oksford Universitetində tədris edilən kitablardan - almanların, ingilislərin, fransızların yazdıqları kitablardan da elmi dərəcəsinə və elmi nüfuzuna görə əksik deyil. Danışıqlar zamanı bəlli oldu ki, universitet əməkdaşlarının bu barədə məlumatı yoxdur. Ona görə də bizim borcumuzdur ki, bunları bir daha həm özümüzə, həm də belə bir müstəvidə Oksford Universitetinin alimlərinə tanıdaq".

Xanım rektorun vətəndaş yanğısı, alim narahatçılığı ilə bildirdiyi kimi, Azərbaycanın elm adamlarının ingilis, fransız, alman dillərində çap olunan və elmi aləmə bəlli olan kitabları çox azdır, yox dərəcəsindədir. Bu Elmi Mərkəz açılandan sonra əlbəttə ki, deyilən elmi problemlərin həllinə aramla, sistemli şəkildə başlanılacaq.

Beləliklə, əziz soydaşlar, artıq Oksford Universiteti nəzdində Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin yaradılması haqqında memorandum imzalanıb və hazırda bu istiqamətdə iş davam etdirilir. Qarşı aylarda professor Nərgiz Paşayeva Oksforda təkrar səfər edəcək və səfər zamanı lazım olan sənədlər hazırlanacaq, həmin sənədlər əsasında iş gedəcək, son məqamda bu Elmi Mərkəz rəsmən fəaliyyətə başlayacaq.

Bununla da (bütün yuxarıda dediklərimizlə yanaşı) Azərbaycan Nizamişünaslığı dünya Nizamişünaslığı ilə, belə deyək, "konsesus"a gəlmək üçün mühüm bir müstəvi qazanacaq. Və təbii ki, bu "konsesus"da biz həm Nizami adının işığında (Nizami müdrikliyi və Nizami irsi ilə!) həqiqətlərimizi yayacağıq, həm də Nizami həqiqətinin özünü təbliğ edəcək, onun milli haqlarını tanıdacağıq. Başqa bir məqam isə dahi Nizaminin adını daşıyacaq Mərkəz yalnız Azərbaycanla məhdudlaşmır və öz adında ümum Qafqaz hədəflərini də ehtiva edir. Bu "ehtiva etmə"nin addan işə keçməsi üçün alimlərimizin, Nizamişünaslarımızın, Qafqazşünaslarımızın üzərinə önəmli vəzifələr düşməkdədir! - Ülvi və vacib! Hər birimiz professor Nərgiz Paşayevanın bu istiqamətdə çalışmalarını yüksək qiymətləndirməklə yanaşı, ona dəstək olmalıyıq!

Haşiyə: Etiraf edək ki, Nizamişünaslıq hazırda həllini gözləyən bir elm sahəsidir. Nərgiz Paşayeva sözügedən "dəyirmi masa"da haqlı olaraq deyirdi: "Mən çox istərdim ki, bizim həyatdan köçən çox gözəl alimlərimizin xatirinə bu layihə doğrudan da həyata keçsin. Bu, bizim vaxtilə ədəbiyyatşünaslığımıza töhfə verən alimlərin aqibəti kimi olmamalıdır. Nizami haqqında ən gözəl kitablardan biri Məmməd Əmin Rəsulzadənin yazdığı "Böyük Azərbaycan şairi Nizami"dir. Nizami Gəncəvi haqqında kitablar çoxdur, amma ən gözəl kitablardan biri budur. Heç bir kitab ingilis və ya fransız dillərinə tərcümə olunmayıb. Bizim mənəvi haqqımız yoxdur ki, alimlərimizi unudaq".

***

Bayaq qeyd etdiyimiz kimi Mərkəzin adında Qafqaz da keçir. Diqqətçəkici məqamdır ki, Oksford Universiteti nəzdində Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzi, Azərbaycan və onun yerləşdiyi Qafqaz regionunun tarix və mədəniyyətinin araşdırılması üzrə Böyük Britaniyada təsis ediləcək ilk elmi tədqiqat ocağıdır.

Çağdaş Azərbaycanın coğrafi ərazisi minilliklər ərzində bir çox qədim sivilizasiya və mədəniyyətlərin kəsişdiyi (deyərdim, qovuşduğu!) yer olub. Bu mədəniyyət və dinlərin Azərbaycanın maraqları baxımından öyrənilməsinin təşviq edilməsi Mərkəzin məqsədinə daxildir. Təsadüfi deyil ki, Mərkəz Oksford Universiteti nəzdində müxtəlif təqaüd proqramları, ictimai tədbirlər, elmi-praktik konfranslar, "dəyirmi masa"lar, akademik mübadilə, tədqiqatların aparılması, о cümlədən, müxtəlif tədris və mədəni layihələr həyata keçirməyi nəzərdə tutur. Mərkəzin fəaliyyəti çərçivəsində tələbələrə, elmi tədqiqatçılara, jurnalistlərə, mədəniyyət və incəsənət xadimlərinə, digər sosial qruplara Azərbaycanla bağlı Oksford Universitetində tədqiqatların aparılması üçün birdəfəlik kiçik qrantların ayrılması da nəzərdə tutulur.

Nə xoşdur (və özəlliklə fərqləndirilməli haldır) ki, Mərkəzin ardıcıl həyata keçirəcəyi funksiyalardan biri də Azərbaycan və onunla bağlı elmi bilgilərin toplanaraq kitabxana fondu və resursların formalaşdırılması olacaq. Həmçinin, Mərkəz Oksford Universitetində keçiriləcək tədbirlərin, tədqiqatların və Azərbaycanla bağlı digər fəaliyyət növlərinin təqvimini tərtib edəcək. Mərkəz Böyük Britaniya və Azərbaycan, habelə dünya üzrə elmi ictimaiyyəti yeni resurslar, tapıntılar və yeni imkanlarla bağlı elektron poçt ünvanları vasitəsilə ətraflı bilgiləndirəcək.

Oksfordda, qocaman bir Avropa (dünya!) universitetində belə bir Mərkəzin yaradılması müstəqil Azərbaycanımız üçün əlamətdar hadisədir. Bu, dünya ictimaiyyətini Azərbaycanın zəngin tarixi və ədəbiyyatı haqqında bilgiləndirmək baxımından əla imkan yaradacaq. (Bir daha vurğulamalayım ki, Mərkəzin dahi Nizaminin şərəfinə adlandırılması isə bizim üçün xüsusi önəm daşıyır.) Azərbaycanın qabaqcıl alimləri bu tribunadan istifadə edərək, bütün dünyada zəngin Azərbaycan ədəbiyyatını təbliğ edərək, Nizaminin yaradıcılığı haqqında sanballı elmi işlər yazmalı, Mərkəzin daha səmərəli fəaliyyət göstərməsi üçün səy göstərməlidirlər.

Mərkəzin yaradılması dünyada Azərbaycanın və Azərbaycan dilinin, ədəbiyyatının, tarixinin, mədəniyyətinin, həqiqətlərinin tanıdılması baxımından yüksək qiymətə layiqdir.

TƏŞƏKKÜRLƏR, NƏRGİZ XANIM!

“AccessBank” taksi xidmətləri üzrə tender elan edir
“AccessBank” taksi xidmətləri üzrə tender elan edir
DSMF konsaltinq xidmətləri üçün 300 min manat ayıracaq
DSMF konsaltinq xidmətləri üçün 300 min manat ayıracaq
"Aztelekom" avadanlığın texniki dəstəyi üçün 1,4 milyon manatdan çox vəsait ayıracaq
"Aztelekom" avadanlığın texniki dəstəyi üçün 1,4 milyon manatdan çox vəsait ayıracaq
Loading Bars
Xəbər lenti
Nazir "Ali təhsil haqqında" qanun layihəsinin əsas məqsədlərini açıqlayb
AMEA-da kadr dəyişikliyi olub
"Ali təhsil haqqında" qanunun ilkin variantı hazırlanacaq - Komitə sədri
Azercell nümunəvi xidmət keyfiyyəti ilə daim irəlidə
Rəssam Aida Mahmudovanın ABŞ-da açılan ikinci fərdi sərgisi böyük maraqla qarşılanıb
Yanvarın 25-nə USD/AZN rəsmi məzənnəsi
Milli Məclisdə "Ali təhsil haqqında" qanun layhəsi ilə bağlı geniş videokonfrans keçirilib (FOTO)
Britaniya şirkəti Qarabağda yataqların kəşfiyyat işlərini aparacaq
Dərslər yenidən başlayır: Bağçalar və repetitorluq necə olacaq? - Qısa İZAH
Qlobal vaksin istehsalının 60 faizi Hindistanın payına düşür - Səfir
Texniki Universitetə yeni prorektor təyin olunub (FOTO)
Gənclər tərəfindən qazilərimizə “Böyük Qayğı” layihəsinə start verildi (FOTO)
Şuşa və digər azad olunmuş ərazilərdə xidmət edən hərbçilərdə ruh yüksəkliyi var - Hərbi ekspert
Qarabağın dirçəlişinə dəstək həyat tərzinə çevrilməlidir - Mikayıl Cabbarov
BMqT işğaldan azad olunmuş ərazilərdə kəhrizlərin bərpası layihəsini təklif edib (FOTO)
İşğal altında uzun müddət saxlanılmış torpaqların dirçəldilməsi dövrü başlayır - Fransadakı səfirimiz
Kipr martın 1-dən sərhədləri açır
Şuşa əməliyyatında iştirak edən cüdo müəllimi, qazi Ruhin Əkbərli (VİDEO)
Füzuli rayonunun Yuxarı Əbdürrəhmanlı kəndi (FOTO/VİDEO)
500 manatlıq pul nişanı tədavülə buraxılmayıb - Mərkəzi Bank
Yerevanda aksiya: Müharibədə iştirak etmiş könüllülər etiraz edirlər
Göyçayda 367 nəfər koronavirusa qarşı peyvənd olunub - RƏSMİ
"Azərişıq"da gücləndirilmiş iş rejimi davam etdirilir (VİDEO)
"Ramiz Hacıyev" kran gəmisi əsaslı təmir olunub
“Dostluq” neft yatağı eyni soy kökə malik ölkələrin birgə əməkdaşlığının və dialoqunun simvoludur - Tamam Cəfərova
Son bir ayda ehtiyacı olan qazilərə 600-dən çox reabilitasiya vasitəsi verilib
Putin Təhlükəsizlik Şurasının iclasını keçirib
Ağdamda işğaldan azad olunan 1 611 hektar ərazidə buğda əkilib (ÖZƏL)
Erməni təxribatı nəticəsində Tərtərdə 5138 obyektə ziyan dəyib
ADNSU Mingəçevir Dövlət Universitetinin tədris-metodiki bazasının gücləndirilməsinə dəstək göstərir (FOTO)
Zidan koronavirusa yoluxub
Azərbaycanda köhnə avtomobillərin utilizasiyası tıxacların azalmasına təsir edə bilərmi?
ÜST “ASAN Könüllüləri” ilə birlikdə maska paylanma aksiyasına başlayıb (FOTO)
Vaksinlərin COVİD-19-un mutasiyaya uğrayan ştammı üçün effektli olub-olmaması açıqlanıb
Britaniya azad edilmiş ərazilərin minalardan təmizlənməsi işlərində Azərbaycana köməklik göstərə bilər - Səfir
Azərbaycanda dövlət dil qaydalarını pozanlar cərimələnəcək (MÜSAHİBƏ) (VİDEO)
Gömrükdən dövlət büdcəsinə köçürülən vəsaitin həcmi açıqlandı
Azərbaycan ilə Böyük Britaniya arasında müdafiə sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub
“Nar” Qarabağ müharibəsi veteranları üçün xüsusi güzəştlər təqdim edir
Azərbaycan Prezidenti status məsələsini tarixin zibilliyinə yollayıb - XİN-dən Avropa Parlamentinin qətnaməsinə cavab
“Azərbaycan müəllimi" qəzetinin bugünkü buraxılışında rektor Şahin Bayramovun məqaləsi dərc olunub (II hissə)
Azərbaycan gimnastları İsveçrədə Avropa çempionatında iştirak edəcək
Azərbaycanda sənədlərin surətinin notarial təsdiqi üçün rüsumun miqdarı azaldılır
Ukraynada matəm elan edilib
Narkotik vasitələrin qanunsuz dövriyəsi ilə bağlı cinayət işlərinin sayı açıqlandı
"8 Noyabr" stansiyasına rəis müavini təyin edildi, heyət komplektləşdirildi
İşğaldan azad edilmiş ərazilər üçün məqsədli, aktiv məşğulluq proqramları hazırlanır
Samuxda 39.5 kilometrlik yol yenidən qurulub (FOTO)
Binədə 6 evdən oğurluq edən şəxs saxlanıldı
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycanın növbəti tarixi uğuru
İranda koronavirusdan daha 75 nəfər ölüb
“Dostluq” sazişi Azərbaycanın neft-qaz strategiyasının inkişafında böyük əhəmiyyətə malikdir
Avropa azərbaycanlıları 20 Yanvar faciəsini törədən SSRİ rəhbərliyinin cəzalandırılmasını tələb edir
Fevralın 1-dən birdəfəlik əkin subsidiyası üçün müraciətlərin qəbuluna başlanılır
107 gün idi itkin düşən zabitimizin şəhid xəbəri gəldi (FOTO)
"Ford" 3 milyona yaxın avtomobili geri çağırıb
27 dövlət əmlakı hərraca çıxarılacaq
"Dostluq" Azərbaycanın neft satışı imkanlarını əhəmiyyətli dərəcədə artıracaq - Amerikalı ekspert
Nüfuzlu “Springer International Publishing” nəşriyyatı MİDA-nın uğurlu fəaliyyətindən yazıb
Bu yolda hərəkət qismən məhdudlaşdırılır
20 Yanvar faciəsi müasir siyasi fəlsəfə kontekstində təhlil edilib
UNEC-in Elmi Şurasında yeni qərarlar qəbul olunub (FOTO)
Narazı şagirdlər yenidən qiymətləndirmədən keçə bilərlər - Şöbə müdiri
İqtisadi Zonaların İnkişafı Agentliyi yaradılır - Fərman
Gömrükçülər yük avtomobilindən 38 ədəd “Iphone 12” müsadirə edib (VİDEO)
"Data Science" üzrə qrup rəhbəri vakansiyası hələ də aktualdır
"PAŞA Bank" dövlətin azad edilən ərazilərin bərpasına yönəlmiş bütün təşəbbüslərinin həyata keçirilməsinə töhfə verəcək - Baş icraçı direktor
Ermənistanda İkinci Qarabağ müharibəsinin yekunları ağır qəbul edilir - Rusiyalı ekspert
Fənn olimpiadaları fevralın sonu ənənəvi qaydada keçirilə bilər
Füzuli rayonunun Qarğabazar kəndi (FOTO/VİDEO)
Bu il müəllimlərin sertifikasiyası keçiriləcək? - Nazirdən cavab
Fevralın 1-dən repetitorluq fəaliyyəti üzrə tədrisin bərpası nəzərdə tutulur - RƏSMİ
Ötən il Energetika Nazirliyi və tabeliyindəki qurumlar tərəfindən 4211 müraciətə baxılıb
Sabah hava yağmursuz keçəcək
Müəllimlərin işə qəbulu müsabiqəsi bölgələrdə də keçirilə bilər
Müəllimlərin onlayn dərslərə qatılmamasının səbəbini ayrı-ayrılıqda araşdırmaq çətindir - Nazir
Fevralın 1-dən sonra da şagirdlərin distant tədrisi seçmək hüququ var - Təhsil naziri
“AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov Yaponiyanın ölkəmizdəki yeni səfiri ilə görüşüb (FOTO)
Müəllim və şagirdlərin davamiyyəti nəzarətdə saxlanılır
Azad olunmuş ərazilərdə təbii sərvətlərə vurulmuş ziyanın qiymətləndirilməsinə Şura üzvləri də cəlb olunacaq
Bakı Ali Neft Məktəbində “Qarabağın təbii sərvətləri" müzakirə olunub (FOTO)
İbtidai siniflərin nümunəvi dərs cədvəlləri Təhsil Nazirliyinin saytında yerləşdirilib
Məktəblərdə koronavirusun qarşısının alınması üçün bütün zəruri tədbirlər görüləcək - Nazir müşaviri
Bu şagirdlər imtahan verə biləcəklər - Təhsil Nazirliyinin şöbə müdiri
Yağan qardan sonra paytaxta təmizlik işləri aparılır (FOTO)
Bağçalar nə zaman açıla bilər? - Rəsmi AÇIQLAMA
Rusiya 5 Azərbaycan istehsalçısından pomidor idxalını dayandırıb
TAP konsorsiumu İtaliyada tikinti zamanı köçürülmüş zeytun ağaclarını yerinə qaytarıb
Avtoxuliqanlığa görə cəzalar yüngülləşdirilir
Azərbaycanda koronavirusa yoluxan şagird və təhsil işçilərinin sayı açıqlandı
Tender qarantiyasını Banka gəlmədən əldə etmə imkanı
Fiziki tərbiyə dərsləri müvəqqəti dayandırılır
Vaksinasiya oluna biləcək müəllimlərin siyahısı hazırlanıb - Emin Əmrullayev
Təhsil ilinin sonuna kimi tele-dərslər davam etdiriləcək - RƏSMİ
Sumqayıt Texnologiyalar Parkına yeni baş icraçı direktor təyin olunub
Təhsil kreditləri yeni qaydalarla verilə bilər
Təhsil haqqının ləğv edilməsi rəqabət şəraitindən imtina deməkdir - Nazir
Hazırkı şərait daha çox ibtidai sinif şagirdlərinin emosional vəziyyətinə təsir edib - Təhsil naziri
Parkinq KASKO avtomobil sığortasını Insure.az-da onlayn əldə edin
Bütün xəbərlər