Azərbaycan, Bakı, 2 dekabr /Trend/
Bakıda saxta reklamla istehlakçıları aldadan mağaza sahibinə maliyyə sanksiyası tətbiq edilib.
İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, fiziki şəxs Məmmədov Nəbi Novruz oğluna məxsus mağazada aparılan yoxlama zamanı qeyri-dəqiq reklamdan istifadə edilməklə istehlakçıların aldadılması halları müəyyən edilmiş və qanun pozuntusu ilə əlaqədar Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Məmmədov Nəbi Novruz oğlu barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılmışdı.
Dövlət Xidmətində işə baxılıb və "Haqsız rəqabət haqqında" Azərbaycan Respublikası Qanununun tələblərini pozduğuna görə Məmmədov Nəbi Novruz oğluna 1300 manat məbləğində maliyyə sanksiyası tətbiq edilib.