...

Azərbaycanda ilk dəfə olaraq 10 gənclər təşkilatı Milli Könüllük Akreditasiyasından keçib

Cəmiyyət Materials 6 Dekabr 2013 10:18 (UTC +04:00)
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası “Azərbaycan Könüllülük Xidməti” proqramı çərçivəsində 10 gənclər təşkilatına Milli Akreditasiya Sertifikatı təqdim edib.
Azərbaycanda ilk dəfə olaraq 10 gənclər təşkilatı
Milli Könüllük Akreditasiyasından keçib

Azərbaycan, Bakı, 6 dekabr /Trend/

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası "Azərbaycan Könüllülük Xidməti" proqramı çərçivəsində 10 gənclər təşkilatına Milli Akreditasiya Sertifikatı təqdim edib.

Trend-in məlumatına görə, 2013-ci ilin mart ayında Avropa Könüllük Xidməti (EVS - "European Volunteer Service") üzrə akreditasiyadan keçmiş Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası elə o andan Milli səviyyədə "Azərbaycan Könüllülük Xidməti" proqramını reallaşdırmağa başlayıb.

Proqramın başlanmasına Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu dəstək görstərib.

"Azərbaycan Könüllülük Xidməti" proqramının əsas məqsədi gənclər arasında könüllülüyün təbliği və onları könüllü fəaliyyətə həvəsləndirməkdir. Bununla da Azərbaycanda ilk dəfə regionlararası könüllü mübadiləsini təşkil etmək də proqramın məqsədləri sırasındadır.

Qeyd edək ki, AKX proqramı çərçivəsində Azərbaycanda ilk dəfə olaraq könüllülər könüllük fəaliyyəti müddətinə həyat sığortası üzrə sığortalanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti