...

Kürdəmir Qaz İstismar Sahəsinin vəzifəli şəxsləri barəsində cinayət işi baxılması üçün məhkəməyə göndərilib

Cəmiyyət Materials 10 Dekabr 2013 14:33 (UTC +04:00)
Cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Kürdəmir rayon məhkəməsinə göndərilmişdir.
Kürdəmir Qaz İstismar Sahəsinin vəzifəli şəxsləri barəsində cinayət işi baxılması üçün məhkəməyə göndərilib

Azərbaycan, Bakı, 10 dekabr /Trend/

Kürdəmir Qaz İstismar Sahəsinin (QİS) vəzifəli şəxslərinin qanunsuz hərəkətləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində başlanmış cinayət işinin istintaqı yekunlaşmışdır.

Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, istintaq zamanı QİS-in rəis müavini Orxan Məmmədovun rayon sakinlərindən həmin müəssisəyə işə düzəldəcəyi adı altında vəd verməklə ümumilikdə 1.760 manat məbləğində pulu almasında, rayon ərazisindən keçən qaz borusunu çıxartmaqla metal tullantısı kimi rayon sakininə 2.000 manata satmasında, həmçinin sahənin rəisi vəzifəsini müvəqqəti icra edərkən rayon sakinləri tərəfindən qazdan istifadə ilə bağlı ödənilən və özü tərəfindən yığılan ümumilikdə 1.430 manat məbləğində pul vəsaitini mənimsəməsində şübhələr üçün əsaslar olduğundan ona Cinayət Məcəlləsinin 178.2.2 (dələduzluq), 178.2.3, 178.2.4, 179.2.2 (mənimsəmə), 179.2.3 və 179.2.4 -cü maddələri ilə ittiham elan edilmişdir.

Bundan başqa, QİS-də şöbə rəisi vəzifəsində işləyən Qabil Qurbanovun öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq abonentlər tərəfindən qazdan istifadə ilə bağlı ödənilən 868 manat məbləğində pul vəsaitini "Azəriqaz" İB ilə aralarında bağlanmış müqaviləyə əsasən "Komitec LTD" MMC-yə ödəməli olduğu halda həmin pulu Orxan Məmmədova verməklə "Azəriqaz" İB-nin qanuni mənafeyinə mühüm zərər vurmasında şübhələr üçün əsaslar olduğundan ona Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə ittiham elan edilmişdir.

Cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Kürdəmir rayon məhkəməsinə göndərilmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti