...

Bakı məktəblərinə “Təsərrüfat məqsədləri üçün plastik kartlar”ın verilməsinə başlanılıb

Cəmiyyət Materials 13 Dekabr 2013 10:53 (UTC +04:00)
Bu il dekabr ayından Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil məktəblərinin direktorlarına təsərrüfat məqsədləri üçün avans şəklində müvafiq aylıq vəsaitlərin ödənilməsinə başlanılıb.
Bakı məktəblərinə “Təsərrüfat məqsədləri üçün plastik kartlar”ın verilməsinə başlanılıb

Azərbaycan, Bakı, 13 dekabr /Trend, müxbir İ.İsabalayeva/

Bu il dekabr ayından Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil məktəblərinin direktorlarına təsərrüfat məqsədləri üçün avans şəklində müvafiq aylıq vəsaitlərin ödənilməsinə başlanılıb.

Trend idarənin saytına istinadən xəbər verir ki, aylıq avans məbləğlərinin həcmi şagirdlərinin sayı 1000 nəfərədək olan məktəblərdə 400, şagirdlərinin sayı 1000 - 1300 nəfər olan məktəblərdə 500, şagirdlərinin sayı 1300 nəfərdən çox olan məktəblərdə 600 manat müəyyən edilib. Aylıq vəsaitlər direktorlar tərəfindən məktəblərin təcili həlli tələb olunan mal, iş və xidmətlərin alınmasına sərf ediləcək və bu barədə hər ay Bakı Şəhəri üzrə Təhsil İdarəsinə hesabat veriləcək.

Ödəniş Təhsil Nazirliyinin "Təsərrüfat məqsədləri üçün plastik kartların tətbiqi barədə" müvafiq əmrinə əsasən məktəb direktorlarının bu məqsəd üçün açılmış plastik kart hesablarına köçürüləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti