...

Azərbaycanda bu il doğuş zamanı 24 ana ölümü faktı qeydə alınıb (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 21 Dekabr 2013 12:02 (UTC +04:00)
Görülən işlərin nəticəsində ölkədə ana və uşaqların sağlamlığını xarakterizə edən göstəricilərdə müsbət dinamika müşahidə olunur. Hazırda Azərbaycanda doğuş zamanı ana ölümlərinin sayı azalıb. Trend-in məlumatına görə, bunu Səhiyyə Nazirliyinin mətbuat katibi Anar Qədirli şənbə günü nazirlikdə keçirilmiş mətbuat konfransında bildirib.
Azərbaycanda bu il doğuş zamanı 24 ana ölümü faktı qeydə alınıb (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 21 dekabr /Trend, müxbir İ.İzzət/

Görülən işlərin nəticəsində ölkədə ana və uşaqların sağlamlığını xarakterizə edən göstəricilərdə müsbət dinamika müşahidə olunur. Hazırda Azərbaycanda doğuş zamanı ana ölümlərinin sayı azalıb. Trend-in məlumatına görə, bunu Səhiyyə Nazirliyinin mətbuat katibi Anar Qədirli şənbə günü nazirlikdə keçirilmiş mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, ana və uşaqlara göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması dövlətin sosial yönümlü siyasətinin əsas prioritet istiqamətlərindən biridir. Son illər bu sahədə mühüm tədbirlər həyata keçirilib. Perinatal mərkəzlərin yaradılması, yeni uşaq xəstəxanalarının tikilməsi və ya yenidən qurulması və s. tədbirlər bu sahəyə göstərilən xüsusi qayğının nümunəsidir: "Əgər 2005-ci ildə 141 901 doğuş zamanı 41 halda ana ölümü baş vermişdisə, 2012-ci ildə 173 547 doğuşdan 26 belə hala rast gəlinib. 2013-cü ildə isə 175 minə yaxın doğuş qeydə alınıb ki, bu zaman 24 ana ölümü faktı qeydə alınıb".

O deyib ki, ötən il 224 354 hamilə qadın qeydiyyata götürülmüşdüsə, cari ildə bu rəqəm hələ ki, 228 372 nəfər təşkil edir.

A.Qədirli bildirib ki, dövlət xəstəxanalarında həkimlərin xəstələri müayinələr üçün özəl sektora göndərməsi qanunsuzdur:

"Düzdür, əvvəllər dövlət müəssisələrinin laboratoriyaları lazımi səviyyədə deyildi. İndi isə laboratoriyalar lazımi səviyyədədir. Dövlət xəstəxanalarında həkimlərin xəstələri müayinələr üçün özəl sektora göndərməsi qanunsuzdur. Təəssüf ki, biz hələ də belə hallara rast gəlirik".

A.Qədirli həmçinin qeyd edib ki, artıq 2014-cü ildən etibarən bütün böyük klinikaların internet saytları yaradılacaq. İnsanlar saytlara girərək klinikalarda hansı müayinə və müalicə növlərinin olmasını biləcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti