...

Belarusda Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə tədbir keçirilib (FOTO)

Cəmiyyət Materials 24 Dekabr 2013 14:35 (UTC +04:00)
M.Tank adına Belarus Dövlət Pedaqoji Universiteti nəzdindəki BSU-nun Azərbaycan dili və mədəniyyəti Mərkəzində Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə tədbir keçirilib.
Belarusda Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə tədbir keçirilib (FOTO)

Azərbaycan, Bakı, 24 dekabr /Trend/

M.Tank adına Belarus Dövlət Pedaqoji Universiteti nəzdindəki BSU-nun Azərbaycan dili və mədəniyyəti Mərkəzində Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə tədbir keçirilib.

Dünya Azərbaycanlı Gənclər Birliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbir Belarusun "Azərbaycan icmaları Konqresi" gənclər bölməsi və Bakıdakı Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi "Sozvezdie" yaradıcı gənclər klubu arasında video körpü şəklində təşkil olunub.

Qeyd olunan tədbirdə Belarus tərəfindən M.Tank adına BDPU-nun belarus və rus filologiyası fakültəsinin dekanı, filologiya elmləri doktoru, professor Stariçenok Vasiliy Denisoviç, "Azərbaycan icmaları Konqresi"nin nümayəndəsi Oleq Bədəlov, Minsk şəhərində təhsil alan azərbaycanlı və belaruslu tələbələr iştirak ediblər.

M.Tank adına BDPU-nun nəzdindəki BSU-nun Azərbaycan dili və mədəniyyəti Mərkəzinin müdiri Eleonora Hüseynova tədbir iştirakçılarını salamlayaraq, qarşıdan gələn bayramlar münasibətilə hər kəsi təbrik edib.

Tədbirdə M.Tank adına BDPU-nun nəzdindəki BSU-nun Azərbaycan dili və mədəniyyəti Mərkəzi, Belarusun "Azərbaycan icmaları Konqresi" gənclər bölməsi və Bakıdakı Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi "Sozvezdie" yaradıcı gənclər klubu arasındakı əməkdaşlığın gələcək perspektivləri, Azərbaycan gənclər təşkilatlarının ölkə xaricindəki fəaliyyəti müzakirə olunub.

Belarusun "Azərbaycan icmaları Konqresi"nin gənclər bölməsinin rəhbəri Elvira İmanova qeyd etmişdir ki, bu tip video konfranslar nəinki xaricdə yaşayan azərbaycanlı gəncləri yaxınlaşdırır, eyni zamanda, müxtəlif ölkələrdə yaşayan gənclərin informasiya mübadiləsinə zəmin yaradır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti