...

Qafqaz Müsəlmanları İdarəsi Peyğəmbərin vəfatı gününün Yeni il bayramı ilə üst-üstə düşməsi məsələsinə aydınlıq gətirdi

Cəmiyyət Materials 25 Dekabr 2013 16:17 (UTC +04:00)
"Bizim hesablamalarımıza görə, Məhəmməd Peyğəmbərin (s.ə.a.s) vəfatının və onun nəvəsi İmam Həsənin (ə.s) şəhid olmasının növbəti ildönümü yanvarın 1-nə təsadüf edəcək. Amma bu barədə hələlik dəqiq qərar vermək olmaz". Bu barədə Trend-ə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini Hacı Fuad Nurullayev bildirib.
Qafqaz Müsəlmanları İdarəsi Peyğəmbərin vəfatı gününün Yeni il bayramı ilə üst-üstə düşməsi məsələsinə aydınlıq gətirdi

Azərbaycan, Bakı, 25 dekabr /Trend, müxbir İ.İzzət/

"Bizim hesablamalarımıza görə, Məhəmməd Peyğəmbərin (s.ə.a.s) vəfatının və onun nəvəsi İmam Həsənin (ə.s) şəhid olmasının növbəti ildönümü yanvarın 1-nə təsadüf edəcək. Amma bu barədə hələlik dəqiq qərar vermək olmaz". Bu barədə Trend-ə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini Hacı Fuad Nurullayev bildirib.

Onun sözlərinə görə, Məhəmməd Peyğəmbərin (s.ə.a.s) vəfatı və onun nəvəsi İmam Həsənin (ə.s) şəhid olduğu gün Hicri-qəməri təqvimi (Ay təqvimi) ilə Səfər ayının 28-nə təsadüf edir:

"Miladi təqvimlə bunun dekabrın 31-nə düşüb-düşməyəcəyi isə hələlik dəqiq deyil. Bunu əvvəlcədən əminliklə demək olmur. Ola bilər ki, bu, dekabrın 31-nə yox, yanvarın 1-nə təsadüf etsin. Çünki bu, ayın görünməsindən asılıdır".

Bır sıra vətəndaşlarımızın dekabrın 31-i axşam Yeni ilin gəlişini şənliklə qeyd edib-etməməkdə tərəddüdünə gəlincə, Hacı Fuad Nurullayev bildirib ki, istər vəfatı qeyd etmək, istərsə də Yeni il adı ilə şənlik etmək istəyi hər bir insanın öz əqidəsindən asılıdır.

O bildirib ki, hər kəs Peyğəmbərimizi (s), İmam Həsəni (ə.s) yad etmək məsələsində öz imanı və əqidəsində azaddır. Eyni zamanda, yanvarın 1-i Günəş təqvimi ilə ilin təzələnməsi günüdür. Ona görə də buna qəti münasibət bildirmək düzgün deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti