...

AMEA işçilərinin attestasiyadan keçiriləcəyi tarix açıqlandı

Cəmiyyət Materials 25 Dekabr 2013 16:53 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyasında çalışan (AMEA) 18-60 yaş arası şəxslərlə əmək müqavilələri 4, 60 yaşdan yuxarı şəxslərlə isə 1 il müddətinə bağlanacaq.
AMEA işçilərinin attestasiyadan keçiriləcəyi tarix açıqlandı

Azərbaycan, Bakı, 25 dekabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Milli Elmlər Akademiyasında çalışan (AMEA) 18-60 yaş arası şəxslərlə əmək müqavilələri 4, 60 yaşdan yuxarı şəxslərlə isə 1 il müddətinə bağlanacaq.

Trend-in məlumatına görə, AMEA prezidenti Akif Əlizadə Akademiyanın Rəyasət Heyətinin bu gün keçirilən iclasında deyib ki, bununla yanaşı, gələn il fevralın 1-dən aprelin 30-dək AMEA işçilərinin attestasiyası keçiriləcək.

Akademiya prezidenti bildirib ki, yeni işçilərin işə qəbulu bir qayda olaraq Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələblərinə uyğun, müddətli əmək müqavilələri əsasında həyata keçiriləcək:

"Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın son yaş həddi ilə bağlı bəzi müddəalar bir-biri ilə ziddiyyət təşkil edir. Bu da AMEA-nın elmi müəssisələrində çalışmanın yaş həddini aşmış elmi və digər işçilərin fəaliyyət göstərməsinə süni şərait yaradır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti