...

Gələn ilin ilk aylarından Azərbaycanda sümük iliyinin transplantasiyasına başlanacaq

Cəmiyyət Materials 26 Dekabr 2013 14:31 (UTC +04:00)
Əvvəllər respublikada həyata keçirilməyən sümük iliyinin transplantasiya əməliyyatlarının aparılması üçün Respublika Talassemiya Mərkəzində hazırlıq işləri tamamlanmaq üzrədir.
Gələn ilin ilk aylarından Azərbaycanda sümük iliyinin transplantasiyasına başlanacaq

Azərbaycan, Bakı, 26 dekabr /Trend, müxbir İ.İsabalayeva/

Əvvəllər respublikada həyata keçirilməyən sümük iliyinin transplantasiya əməliyyatlarının aparılması üçün Respublika Talassemiya Mərkəzində hazırlıq işləri tamamlanmaq üzrədir. 2014-cü ilin ilk aylarında bu əməliyyatların başlanması nəzərdə tutulur.

Trend-in məlumatına görə, Azərbaycanın səhiyyə nazirinin müavini Elsevər Ağayev hakim Yeni Azərbaycan Partiyasının saytına müsahibəsində bildirib ki, Azərbaycan tarixində ilk dəfə olaraq bu il malyariya infeksiyanın yerli yoluxma halları qeydə alınmayıb. Son illərdə ölkədə genişmiqyaslı əksepidemik tədbirlərin aparılması nəticəsində malyariyaya görə epidemioloji sabitliyə nail olunub.

Nazir müavini qeyd edib ki, vərəmlə mübarizə üzrə dövlət proqramı və Milli Strategiya çərçivəsində xəstəliyin yayılmasının qarşısının alınması məqsədilə bir sıra tədbirlər həyata keçirilib. Respublikanın şəhər və rayonlarında vərəm xəstəxanalarının tikintisi və təmiri aparılıb. Elmi-tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda yaradılmış Milli Referens Laboratoriyası ilə yanaşı mikrobioloji müayinələrin aparılması Gəncə və İmişlidə də təşkil edilib. Bu laboratoriyalar müasir diaqnostik cihaz və avadanlıqla təchiz edilmişdir. Vərəmin diaqnostikasının yaxşılaşdırılması, vərəmin multirezistent formalı xəstələrin aktiv müalicəyə cəlb olunması, geniş miqyaslı profilaktik tədbirlərin görülməsi, vərəmli xəstələrin birinci və ikinci sıra dərman preparatları ilə tam təmin olunması nəticəsində epidemioloji vəziyyətin stabilləşməsinə nail olunub. Bununla yanaşı bu xəstəlikdən ölüm göstəricisi son 10 il ərzində 2,6 dəfə azalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti