...

Səhiyyə naziri: Xaricdəki iki mindən artıq türkiyəli həkim vətənə qayıdacaq

Cəmiyyət Materials 10 Yanvar 2014 12:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 yanvar /Trend, müxbir R.Hafizoğlu/

Xarici ölkələrdə çalışan 2500 türkiyəli həkim vətənə qayıdacaq. Trend-in cümə günü "Sabah" qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin səhiyyə naziri Mehmet Müəzzinoğlu deyib.

Nazirin sözlərinə görə, hazırda Türkiyədə yerli kadrların işlə təmin edilməsi üçün hər cür şərait yaradılıb.

Bir müddət əvvəl Müəzzinoğlu demişdi ki, ölkədə kəskin həkim çatışmazlığı səbəbindən Ankara türkiyəli həkimləri vətənə geri çağırır. O bildirmişdi ki, Türkiyəyə 20 mindən artıq həkim lazımdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti