...

Azərbaycanda ilk dəfə avtomatik mini yanacaqdoldurma məntəqələri yaradılır

Cəmiyyət Materials 11 Yanvar 2014 10:32 (UTC +04:00)
ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) 2014-cü ildə SOCAR brendi altında avtomatik mini yanacaqdoldurma məntəqələrinin (YDM) tikintisinə başlamağı planlaşdırır. Bu barədə Trend-ə Dövlət Neft Şirkətindəki mənbə bildirib.
Azərbaycanda ilk dəfə avtomatik mini yanacaqdoldurma məntəqələri yaradılır

Azərbaycan, Bakı, 11 yanvar /Trend, müxbir E.İsmayılov/

ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) 2014-cü ildə SOCAR brendi altında avtomatik mini yanacaqdoldurma məntəqələrinin (YDM) tikintisinə başlamağı planlaşdırır. Bu barədə Trend-ə Dövlət Neft Şirkətindəki mənbə bildirib.

Mənbə deyib ki, bu il paytaxtda operatorsuz çalışacaq avtomatik mini yanacaqdoldurma məntəqələrinin yaradılması işinə başlamaq planlaşdırılır.

Onun sözlərinə görə, həmçinin hazırda 7-8 mini yanacaqdoldurma məntəqəsinin layihələndirilməsi üzrə işlər aparılır.

Mini yanacaqdoldurma məntəqələrinin inşasının bir sıra üstünlükləri var. Belə ki, onlar kiçik ərazidə tikilir ki, bu da ənənəvi YDM ilə müqayisədə tikinti və quraşdırma işləri üzrə çəkilən xərcləri azaldır, yanacağı operatorsuz buraxmağa imkan verir, yanacağın doldurulması və ödəmə avtomatik həyata keçirilir ki, bu da nəticədə yanacağın doldurulması zamanı buraxılış qabiliyyətinin artırılmasına gətirib çıxarır.

Bundan başqa, yaxın vaxtlarda Bakının Bayıl qəsəbəsində yeni yanacaqdoldurma məntəqəsinin inşası planlaşdırılır. Yeni YDM-in tikiləcəyi ərazi artıq müəyyən edilib. Hazırda sənədləşdirmə prosesi gedir.

Mənbə bildirib ki, bu il ölkənin regionlarında SOCAR brendi altında yeni YDM-in tikintisi hələ ki nəzərdə tutulmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti