...

Memarlıq və İncəsənət İnstitutu Abşeron memarlığını tədqiq edib

Cəmiyyət Materials 14 Yanvar 2014 17:11 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Memarlıq və İncəsənət İnstitutu Abşeron memarlığını tədqiq edib.
Memarlıq və İncəsənət İnstitutu Abşeron memarlığını tədqiq edib

Azərbaycan, Bakı, 14 yanvar /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Memarlıq və İncəsənət İnstitutu Abşeron memarlığını tədqiq edib.

İnstitutdan Trend-ə verilən məlumata görə, Azərbaycan memarlıq tarixində Abşeron məktəbi özünəməxsus bədii üslub və fəza-məkan xüsusiyyətlərə malikdir. Abşeron memarlığı özündə Böyük Səlcuqlır dövrü, Şirvanşahlar sülaləsi, Bakı xanları və kapitalist dövrünün zəngin mədəni irsini cəmləşdirir.

Bu baxımdan Abşeron memarlığını tədqiq edən institutun "Abşeron memarlığı" adlanan yeni kitabında 71 məscid, 55 hamam, 15-dən çox mavzoley, 10 ovdan, Mərdəkan qalaları və nəhayət, Murtuza Muxtarovun, Şəmsi Əsədullayevin, Teymur bəy Aşurbəyovun, Kərbəlayi İsrafil Hacıyevin, Tağı bəy Səfərəliyevin, Məmməd bəy Xanlarovun və başqalarının məşhur villalarında ölçü işləri aparılmaqla Abşeronun yaşayış məskənlərinin şəhərsalma strukturu tədqiq olunub.

Təqdiqat çoxillik elmi iş prosesində meydana çıxıb. Tədqiqat Abşeron memarlıq məktəbinin tam tarixi inkişaf mənzərəsini yaratmaqla yanaşı, milli mədəniyyət irsimizin abidələrinin qorunması və bərpası üçün dəyərli elmi əsasdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti