...

Polis bölmələrindəki vəziyyət araşdırılıb

Cəmiyyət Materials 22 Yanvar 2014 17:50 (UTC +04:00)
Ombudsmanın İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Qrupunun üzvləri Daxili İşlər Nazirliyi Qaradağ Rayon Polis İdarəsinin 11-ci və 38-ci polis bölmələrinə başçəkmələr həyata keçiriblər.
Polis bölmələrindəki vəziyyət araşdırılıb

Azərbaycan, Bakı, 22 yanvar /Trend, müxbir İ.İzzət/

Ombudsmanın İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Qrupunun üzvləri Daxili İşlər Nazirliyi Qaradağ Rayon Polis İdarəsinin 11-ci və 38-ci polis bölmələrinə başçəkmələr həyata keçiriblər. Bu barədə Trend-ə Ombudsman Aparatının mətbuat xidmətindən məlumat verilib.

Başçəkmələrin məqsədi bu bölmələrdə saxlanılma şəraiti, rəftar və müvafiq sənədləşmənin araşdırılması olub. Başçəkmələr zamanı polis bölmələrində saxlanılan şəxs olmayıb, hər hansı nöqsan aşkar edilməyib.

Habelə 38-ci polis bölməsinin standartlara cavab verən yeni binaya köçürüldüyü və burada ümumilikdə dörd nəfər üçün nəzərdə tutulmuş iki müvəqqəti saxlanma yerinin inşa edildiyi məlum olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti