...

Rusiyada viza rəsmiləşdirilməsi zamanı əcnəbilərin barmaq izlərinin götürülməsi təklif olunur

Cəmiyyət Materials 23 Yanvar 2014 15:20 (UTC +04:00)
Rusiya XİN iyul ayından viza rəsmiləşdirilməsi zamanı bütün əcnəbilərin barmaq izlərinin götürülməsini təklif edir.
Rusiyada viza rəsmiləşdirilməsi zamanı əcnəbilərin barmaq izlərinin götürülməsi təklif olunur

Azərbaycan, Bakı, 23 yanvar /Trend/

Rusiya XİN iyul ayından viza rəsmiləşdirilməsi zamanı bütün əcnəbilərin barmaq izlərinin götürülməsini təklif edir. Müvafiq sənəd hüquqi aktların hazırlanması haqqında informasiyanın açılması portalında yerləşdirilib. Bu barədə Trend RİA Novosti-yə istinadən məlumat verir.

Sənəd layihəsində deyilir: "2014-cü il iyulun 1-dən Rusiya Federasiyasına giriş üçün viza rəsmiləşdirilməsi zamanı əcnəbi vətəndaşların və vətəndaşlığı olmayan şəxslərin barmaq izlərinin skan edilməsi proseduru tətbiq edilsin".

Layihə müəlliflərinin fikrincə, bu, 2015-ci ildə Avropa İttifaqına üzv olan dövlətlər tərəfindən viza üçün müraciət edən Rusiya vətəndaşlarının barmaq izlərinin götürülməsi üzrə icbari prosedurun planlaşdırılan tətbiqi ilə bağlı vaxtında cavab tədbirlərinin görülməsinə imkan verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti