...

İstehlakçılara satılan "Qaradağ" sementlərinin etiketində göstəriləndən təxminən 3 kilo az olduğu müəyyənləşdi

Cəmiyyət Materials 24 Yanvar 2014 13:04 (UTC +04:00)
Yoxlama zamanı bu sementlərin etiketində xalis çəkinin 40kq±2% göstərildiyi halda, faktiki çəkisinin etiket göstəricisindən 2,9 kq az olduğu aşkar edilib.
İstehlakçılara satılan "Qaradağ" sementlərinin etiketində göstəriləndən təxminən 3 kilo az olduğu müəyyənləşdi

Azərbaycan, Bakı, 24 yanvar /Trend/

İstehlakçıların aldadılmasının qarşısı alınıb.

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində fəaliyyət göstərən "Qaradağ AND" MMC-yə məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı markalanmasında düzgün olmayan məlumatlar verilməklə istehlakçıların çaşdırılmasına səbəb olan 400 markalı sementlərin istehsal edildiyi müəyyən olunub.

Yoxlama zamanı bu sementlərin etiketində xalis çəkinin 40kq±2% göstərildiyi halda, faktiki çəkisinin etiket göstəricisindən 2,9 kq az olduğu aşkar edilib.

Yol verilən qanun pozuntusu ilə əlaqədar Dövlət Xidməti tərəfindən "Qaradağ AND" MMC barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti