...

Hava şəraiti "Azərbaycan Dəmir Yolları" QSC-nin fəaliyyətinə təsir etməyib (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 31 Yanvar 2014 09:59 (UTC +04:00)
Azərbaycanda qarlı və şaxtalı hava şəraitinə baxmayaraq, qatarlar müəyyən edilmiş qrafikə uyğun hərəkət edirlər.
Hava şəraiti "Azərbaycan Dəmir Yolları" QSC-nin fəaliyyətinə təsir etməyib (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 31 yanvar /Trend, müxbir E.İsmayılov/

Azərbaycanda qarlı və şaxtalı hava şəraitinə baxmayaraq, qatarlar müəyyən edilmiş qrafikə uyğun hərəkət edirlər. Bu barədə Trend-ə "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat katibi Nadir Əzməmmədov bildirib.

Onun sözlərinə görə, qrafikə əsasən, bu gün Bakıya Moskva, Astara və Qazaxdan reyslər gəlib, eləcə də cədvələ əsasən, Tbilisi, Balakən və Böyük Kəsikdən qatarların gələcəyi gözlənilir: "Yerli, eləcə də beynəlxalq reyslərdə gecikmələr yoxdur. Qatarların qəbulu və yola salınması müəyyən olunmuş qrafikə əsasən həyata keçirilir".

N.Əzməmmədov deyib ki, yanvarın 31-də səhər qatarların normal hərəkətini təmin etmək üçün dəmir yolları, siqnal və enerji təchizatı sistemlərinə baxış keçirilib.

O bildirib ki, qatarlarda sərnişinlərin rahatlığı üçün istilik sistemi işləyir.

Bundan əlavə, Bakı Beynəlxalq Avtovağzalından bildirildiyi kimi, avtobus reyslərinin həyata keçirilməsində problem müşahidə olunmur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti