Azərbaycan, Bakı, 31 yanvar /Trend, müxbir R.Hafizoğlu/
Güclü qar və boran səbəbi ilə üç gündən artıqdır ki Türkiyənin şərq əyalətlərində 339 kəndlə əlaqə kəsilib. Trend-in məlumatına görə, bu barədə "Anadolu" agentliyi məlumat verib.
Məlumata əsasən, kəndlərə əlaqə əsasən Van, Hakkari və Bitlis əyalətində kəsilib.
Hal-hazırda kəndlərlə əlaqənin bərpa edilməsi üçün müvafiq işlər aparılır.