...

Yaponiya Urmiya gölünun quruması ilə mübarizəyə qoşulur

Cəmiyyət Materials 1 Fevral 2014 12:05 (UTC +04:00)
Yaponiya mütəxəssisləri bu gün Urmiya gölünün vəziyyəti ilə tanış olmaq üçün Qərbi Azərbaycan vilayətinə səfər edəcək və Urmiya gölünə baxış keçirəcəklər.
Yaponiya Urmiya gölünun quruması ilə mübarizəyə qoşulur

Azərbaycan, Bakı, 1 fevral /Trend, müxbir T.Cəfərov/

Yaponiya mütəxəssisləri bu gün Urmiya gölünün vəziyyəti ilə tanış olmaq üçün Qərbi Azərbaycan vilayətinə səfər edəcək və Urmiya gölünə baxış keçirəcəklər. Trend-in IRNA agentliyinə istinadən verdiyi məlumata görə, bunu İranın Qərbi Azərbaycan vilayəti başçısının müavini Hadi Bahaduri deyib.

H.Bahadurinin sözlərinə görə, İran və Yaponiya arasında razılıq əldə olunub ki, bu ölkənin mütəxəssisləri Urmiya gölünün qurumasının qarşısını almaq üçün lazımi işlər görsünlər.

O bildirib ki, Yaponiyadan gələn mütəxəssislər Urmiya gölünün quruma səbəblərini və onun xilası üçün təsiredici yolları araşdıracaqlar.

Qeyd edək ki, Urmiya gölünün sahəsi təqribən 6 min kvadratkilometrdir. Köçəri quşların mqirasiyası zamanı göl onların müvəqətti sığınacaq yeri olur. Davamlı quraqlıq səbəbindən göl dayazlaşır ki, bu da regionun flora və faunaya təsir göstərir.

Urmiyada 32 milyard kubmetr su olmalıdır, lakin hazırda gölün suyu yarıyadək azalıb. İran hökuməti 2011-ci ilin sentyabrında Urmiya gölünün qurumasının qarşısının alınması üçün görüləcək tədbirlərə ümumilikdə 900 milyon dollar vəsait ayırmışdı. BMT-nin İnkişaf Proqramı İrana ölkədəki ekoloji problemləri, xüsusilə Urmiya gölündə yaranmış problemi həll etmək məqsədilə 135 milyon dollar məbləğində maliyyə yardımı ayırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti