...

Qarlı-şaxtalı hava Gürcüstanın bir sıra yollarında nəqliyyatın hərəkətini məhdudlaşdırıb

Cəmiyyət Materials 3 Fevral 2014 15:13 (UTC +04:00)
Qarlı-şaxtalı hava şəraiti səbəbindən Gürcüstanın avtomobil yollarında nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Bunu Trend-ə Gürcüstan İqtisadiyyat Nazirliyinin Avtomobil yolları departamentindən bildiriblər.
Qarlı-şaxtalı hava Gürcüstanın bir sıra yollarında nəqliyyatın hərəkətini məhdudlaşdırıb

Gürcüstan, Tbilisi, 3 fevral /Trend, müxbir N.Kirsxaliya/

Qarlı-şaxtalı hava şəraiti səbəbindən Gürcüstanın avtomobil yollarında nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Bunu Trend-ə Gürcüstan İqtisadiyyat Nazirliyinin Avtomobil yolları departamentindən bildiriblər.

Məlumata görə, Vaziani-Qombori-Telavi şosesinin Sasadilo-Telavi sahəsində qoşqulu nəqliyyat vasitələri və 30-dan artıq sərnişin tutumu olan avtobusların hərəkəti məhdudlaşdırılıb.

Departamentdən deyiblər ki, Vaziani-Şuamta şosesi sahəsində yalnız xüsusi sürüşmə əleyhinə zəncirlərdən istifadə etməklə nəqliyyat vasitələrinin hərəkətinə icazə verilir.

Zuqdidi-Cvari-Mestiya-Lasdili şosesinin Laxamula-Kala sahəsində də qoşqulu nəqliyyat vastələrinin və 30-dan artıq sərnişin tutumu olan avtobusların hərəkəti məhdudlaşdırılıb.

Bununla belə, Mestiya-Kala sahəsində sürüşmə əleyhinə zəncirlərdən istifadə etməklə hərəkətə icazə verilir.

Departamentdən bildiriblər ki, Qudauri-Kobi sahəsində avtomobillərin hərəkəti qar uçqunundan qorunmaq üçün tikilmiş xüsusi tunellər vasitəsilə həyata keçirilir. Bununla belə, tunellərdə yalnız qoşqulu nəqliyyat vasitələri və avtobusların birtərəfli hərəkətinə icazə verilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti