...

Bakıda və Abşeron yarımadasında bu gecə müşahidə edilən temperatur iqlim normasından 8,4 dərəcə aşağı olub (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 4 Fevral 2014 10:47 (UTC +04:00)
Bakıda və Abşeron yarımadasında fevralın 3-də müşahidə edilən havanın minimal temperaturu iqlim normasından 8,4 dərəcə aşağı olub.
Bakıda və Abşeron yarımadasında bu gecə müşahidə edilən temperatur iqlim normasından 8,4 dərəcə aşağı olub (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 4 fevral /Trend, müxbir İ.İsabalayeva/

Bakıda və Abşeron yarımadasında fevralın 3-də müşahidə edilən havanın minimal temperaturu iqlim normasından 8,4 dərəcə aşağı olub. Bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, bu gecə havanın minimal temperatur mənfi 6,7 dərəcə olub. Ancaq bu temperatur rekord göstərici sayılmır. Bakı və Abşeron yarımadasında havanın iqlim normasından aşağı olması ilə bağlı rekord göstərici 2012-ci ildə qeydə alınıb.

Qeyd edək ki, fevralın 7-dək Bakıda anomal şaxtalı hava şəraiti davam edəcək. Bu barədə öncə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Məlumata görə, Bakıda və Abşeron yarımadasında fevralın 7-dək havanın minimal temperaturu gecə 4-8 dərəcə şaxta, gündüz saatlarında isə 2 dərəcə şaxtadan 2 dərəcəyədək isti təşkil edəcək.

Bu müddətdə əsasən yağmursuz hava şəraitinin üstünlük təşkil edəcəyi gözlənilir. Şaxtalı hava şəraiti isə davam edəcək. Fevralın 7-dək bəzi ərazilərdə gün ərzində qısamüddətli zəif qar yağması istisna olunmur.

Fevralın 3-də minimal temperatur Aran rayonlarında 11, Kiçik Qafqazda 20, Böyük Qafqazda 16, bəzi ərazilərdə 20 dərəcəyədək şaxta, Şahdağda 23, Naxçıvan MR-da 10-17 dərəcə şaxta təşkil edib.

Fevralın 3-də gün ərzində əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib, lakin bəzi şərq rayonlarında, axşam və səhər saatlarında isə Bakıda və Abşeron yarımadasında qar (0.0-2.0 mm) yağıb. Düşən yağıntının miqdarı Lerikdə 9.0 mm, Rvarudda (Lerik) 3.0 mm, Biləsuvar, Lənkəran, Astara, Yardımlı, Göytəpədə 0.0-1.0 mm olub.

Lənkəran-Astara zonasında qar örtüyünün hündürlüyü 19-67, Kiçik Qafqazda 7-13, Böyük Qafqazda 25, Qazax-Gəncə bölgəsində 2-6, Mərkəzi Aran rayonlarında 3 sm-ə çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti