...

İstehlakçıların aldadılması hallarının qarşısı alınıb

Cəmiyyət Materials 4 Fevral 2014 12:40 (UTC +04:00)
Qanun pozuntusuna yol vermiş fiziki şəxs Orxan Ağayev barəsində qanunvericiliyə uyğun müvafiq tədbirlər görülür.
İstehlakçıların aldadılması hallarının qarşısı alınıb

Azərbaycan, Bakı, 4 fevral /Trend/

İstehlakçıların aldadılması hallarının qarşısı alınıb.

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən fiziki şəxs Ağayev Orxan Elxan oğluna məxsus Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, ev 13 ünvanında fəaliyyət göstərən mağazada aparılan yoxlama zamanı qeyri-dəqiq reklamdan istifadə edilməklə istehlakçıların aldadılması halları müəyyənləşdirilib.

Belə ki, mağazanın pəncərələrində "50% endirim" məzmunlu reklamlar yerləşdirilsə də, mağazada satışda olan malların qiymətinə endirim tətbiq edilmədiyi, malların üzərində endirimin tətbiqi barədə heç bir məlumatın (qiymətin) qeyd olunmadığı müəyyən edilib.

Bundan başqa, qeyd olunan reklamların aidiyyəti strukturlardan icazə alınmadan yayımlandığı da aşkar olunub.

Qanun pozuntusuna yol vermiş fiziki şəxs Orxan Ağayev barəsində qanunvericiliyə uyğun müvafiq tədbirlər görülür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti