...

Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev "Gənc Liderlər üçün Qış Universiteti"nin qonağı olub (FOTO)

Cəmiyyət Materials 10 Fevral 2014 12:01 (UTC +04:00)
"İRƏLİ" İctimai Birliyinin təşkilatçılığı və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilən "Gənc Liderlər üçün Qış Universiteti-Kreativ başlanğıc" layihəsinin son gününün ikinci paneli baş tutub.
Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev "Gənc Liderlər üçün Qış Universiteti"nin qonağı olub (FOTO)

Azərbaycan, Bakı, 10 fevral /Trend/

"İRƏLİ" İctimai Birliyinin təşkilatçılığı və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilən "Gənc Liderlər üçün Qış Universiteti-Kreativ başlanğıc" layihəsinin son gününün ikinci paneli baş tutub. "İRƏLİ" İctimai Birliyinin sədri Rauf Mərdiyevin moderatorluğu ilə keçən görüşün qonağı Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev olub.

Trend-in məlumatına görə, Fərhad Hacıyev Gənclər Fondunun fəaliyyəti haqda geniş təqdimatla çıxış edib. Bildirib ki, Gənclər Fondu Prezident İlham Əliyevin 19 dekabr 2011-ci il tarixli Fərmanı ilə yaradılıb. 8 iyun 2012-ci il tarixindən etibarən isə rəsmən fəaliyyətə başlayıb.

Onun sözlərinə görə artıq üçüncü ildir ki, Gənclər Fondu gənclərə dəstək verir və bu müddət ərzində gənclərin ideyalarını, təkliflərini gerçəkləşdirə bilmələri üçün şərait yaradılıb. Fondun icraçı direktoru qeyd edib ki, müsabiqələr yerli, beynəlxalq, fərdi, səfər qrantları və təşkilati inkişaf layihələri olmaqla 5 kateqoriya üzrə keçirilib: "Müsabiqələrdə qalib olan və icra edilən layihələr Azərbaycanın bütün bölgələrini əhatə edib. Qrant müsabiqələri ilə yanaşı, gənclər il boyu Fondun səfər qrantı kateqoriyasına müraciət edərək xarici ölkələrdə keçirilən təlimlərə, seminarlara, tədbirlərə qatılmaq imkanı əldə edə biliblər".

Fərhad Hacıyev onu da qeyd edib ki, bu gün ölkəmizdə hər bir gəncə dövlət tərəfindən diqqət və qayğı göstərilir. Gənclər də onlar üçün yaradılan imkanlardan maksimum yararlanmalı, yeni təşəbbüslərlə çıxış etməlidirlər. Sonda Fərhad Hacıyev gəncləri maraqlandıran çoxsaylı sualları cavablandırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti