...

Türkiyədə taksi və avtobus sürücüləri üçün yeni standartlar tətbiq ediləcək

Cəmiyyət Materials 10 Fevral 2014 14:11 (UTC +04:00)
Türkiyədə taksi və avtobus sürücüləri üçün yeni standartlar tətbiq ediləcək. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Zaman" qəzeti xəbər verib.
Türkiyədə taksi və avtobus sürücüləri üçün yeni  standartlar tətbiq ediləcək

Azərbaycan, Bakı, 10 fevral /Trend, müxbir R.Hafizoğlu/

Türkiyədə taksi və avtobus sürücüləri üçün yeni standartlar tətbiq ediləcək. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Zaman" qəzeti xəbər verib.

Məlumata görə, yeni standartlara əsasən, marşrut və taksi sürücüləri şəxsi gigiyena qaydalarına məcburi əməl edəcəklər. Bundan əlavə, xüsusən taksi sürücülərinə sərnişinlərlə danışmaq, sərnişinin istəyi olmadan musiqi oxutmaq, nəqliyyat vasitəsində müştərinin istəyi nəzərə alınmadan istilik və soyuducu sistemlərdən istifadə qadağan ediləcək.

Məlumatda o da qeyd olunur ki, taksi sürücülərinə sərnişinlərin şəxsi məlumatlarını başqalarına ötürmək də qadağan edilir.

Taksi və avtobus sürücülərinə xüsusi təlimlər keçiləcək və bu təlimləri bitirənlər sertifikatlarla təmin ediləcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti