...

Bakıda saxta endirim kampaniyasının qarşısı alınıb

Cəmiyyət Materials 11 Fevral 2014 19:07 (UTC +04:00)
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi 85 ünvanında fəaliyyət göstərən fiziki şəxs Zahir Həsənova məxsus mağazada aparılan yoxlama zamanı qeyri-dəqiq reklamdan istifadə edilməklə istehlakçıların aldadılması halları müəyyənləşdirilib.
Bakıda saxta endirim kampaniyasının qarşısı alınıb

Azərbaycan, Bakı, 11 fevral /Trend/

Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi 85 ünvanında fəaliyyət göstərən fiziki şəxs Zahir Həsənova məxsus mağazada aparılan yoxlama zamanı qeyri-dəqiq reklamdan istifadə edilməklə istehlakçıların aldadılması halları müəyyənləşdirilib.

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, mağazanın pəncərələrində "Endirim 20%-dən 60%-ə" və "Bütün qış mallarına 50% endirim" məzmunlu reklamlar yerləşdirilsə də, mağazada satışda olan malların qiymətinə endirim tətbiq edilmədiyi, malların üzərində endirimin tətbiqi barədə heç bir məlumatın (qiymətin) əks olunmadığı, qeyd olunan reklamların aidiyyəti strukturlardan icazə alınmadan yayımlandığı aşkar edilib.

Bununla əlaqədar, Dövlət Xidməti tərəfindən görülmüş tədbirlər nəticəsində qanunsuz reklamların yayımı dayandırılıb.

Qanun pozuntusuna yol vermiş fiziki şəxs Həsənov Zahir Famil oğlu barəsində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görüləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti