...

Xocalı soyqırımını tanıtım aksiyası Nyu-Yorkda (FOTO)

Cəmiyyət Materials 19 Fevral 2014 15:46 (UTC +04:00)
Gün ərzində 108 min insan Xocalı həqiqətləri ilə tanış olur
Xocalı soyqırımını tanıtım aksiyası Nyu-Yorkda (FOTO)

Azərbaycan, Bakı, 19 fevral /Trend/

Azərbaycan Amerika Alyansının təsisçiisi Anar Məmmədovun təşəbbüsü ilə hər il ABŞ-da keçirilən Xocalı soyqırımını tanıtım aksiyasına start verilib.

Artıq bir neçə gündür ki, Nyu-Yorkun məşhur Tayms meydanının tam mərkəzində quraşdırılan monitorlarda Xocalı soyqırımından xəbər verən, statistik göstəriciləri əks etdirən qrafik görüntü nümayiş olunur.

Tayms meydanı Nyu-Yorkun Manhetten rayonunda yerləşən, "dünyanın yolayrıcı" adlandırılan və gün ərzində təxminən 108 min insanın axın etdiyi bir məkandır. Ötən ildən fərqli olaraq, bu il Tayms meydanında bir deyil, iki böyük monitor iki dəqiqədən bir 30 saniyə davam edən görüntünü sərgiləyir. Ümumilikdə, 6 saat ərzində iki mərkəzi monitor insanları 22 il öncə Azərbaycanda, Xocalıda baş vermiş dəhşətlərdən xəbərdar edir.

Azərbaycan Amerika Alyansının keçirdiyi kampaniya Nyu-Yorkun metrostansiyalarında posterlərin quraşdırılması və mobil proyeksiya üsulu ilə binalar üzərində görüntülərin işıqlandırılması ilə davam edəcək.

Aksiyanın gedişatı ilə www.azerbaijanamericaallliance.org saytından, www.facebook.com/pages/Azerbaijan-America-Alliance səhifəsindən tanış olmaq mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti