...

"Azərsun Holdinq" Xocalı soyqırımının 22-ci ildönümünü silsilə tədbirlərlə yad etdi (FOTO)

Cəmiyyət Materials 26 Fevral 2014 19:04 (UTC +04:00)
Tədbirlər çərçivəsində Xocalı rayon İcra Hakimiyyətinin bilavasitə iştirakı, Xocalı Soyqırımını Tanıtma İctimai Birliyi, “İmage” şirkəti və “Miras” İctimai Birliyi ilə birgə faciə barədə sənədli film hazırlanıb, faciə barədə sənədlər və ətraflı məlumatların yer aldığı www.26febral.az veb portalı təqdim olunub.
"Azərsun Holdinq" Xocalı soyqırımının 22-ci ildönümünü silsilə tədbirlərlə yad etdi (FOTO)

Azərbaycan, Bakı, 26 fevral /Trend/

"Azərsun Holdinq" Xocalı soyqırımının 22-ci ildönümünü silsilə tədbirlərlə yad etdi.

Tədbirlər çərçivəsində Xocalı rayon İcra Hakimiyyətinin bilavasitə iştirakı, Xocalı Soyqırımını Tanıtma İctimai Birliyi, "İmage" şirkəti və "Miras" İctimai Birliyi ilə birgə faciə barədə sənədli film hazırlanıb, faciə barədə sənədlər və ətraflı məlumatların yer aldığı www.26fevral.az veb portalı təqdim olunub.

Həmçinin Şirkətlər Qrupunun dəstəyi ilə Şuşa Dövlət Dram Teatrı tərəfindən Xocalı faciəsinə həsr edilmiş tamaşa holdinqin mədəniyyət mərkəzində səhnələşdirilərək nümayiş olundu.

Hadisənin ildönümündə "Azərsun Holdinq"in rəhbəri Abdulbari Gözəl və holdinqin əməkdaşları soyqırım qurbanlarının xatirəsinə ucaldılmış "Ana harayı" abidəsini ziyarət edərək önünə gül çələngi və tər çiçəklər qoydular.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti