...

Yasamal sakinləri yaşayış ərazilərinin abadlaşdırılmasını istəyir

Cəmiyyət Materials 3 Mart 2014 16:42 (UTC +04:00)
Bakı sakinləri Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsindəki 71, 73, 75, 81 saylı binaların arasında (keçmiş "Qələbə" kinoteatrının yaxınlığında) yerləşən ərazinin abadlaşdırılmamasından şikayət ediblər.
Yasamal sakinləri yaşayış ərazilərinin abadlaşdırılmasını istəyir

Azərbaycan, Bakı, 3 mart /Trend, müxbir İ.İsabalayeva/

Bakı sakinləri Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsindəki 71, 73, 75, 81 saylı binaların arasında (keçmiş "Qələbə" kinoteatrının yaxınlığında) yerləşən ərazinin abadlaşdırılmamasından şikayət ediblər.

Sakinlərin Trend-ə verdiyi məlumata görə, ərazidə yaşayan yaşlıların, uşaqların istirahət etdiyi bu bağdakı ağacların bir qismi ötən ilin əvvəlində qeyri-qanuni qırılsa da, sakinlərin müvafiq orqanlara müraciətindən sonra onların kəsilməsinin qarşısını alınıb, orada 40-dək ağacın kəsilməməsinə nail olunub. Həmin vaxt ərazinin abadlaşdırılacağına söz verilməsinə baxmayaraq, indiyədək buna əməl edilməyib. Ərazidə antisanitariya vəziyyəti yarandığından sakinlər orada istirahət edə bilmirlər.

Sakinlər bildiriblər ki, bağımızın düzəldiləcəyinə söz versələr də, buna əməl etmirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti