...

"AtaBank" ASC qadın jurnalistlər arasında boulinq yarışı keçirib (FOTO)

Cəmiyyət Materials 6 Mart 2014 13:06 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 mart /Trend/

"AtaBank" ASC Azərbaycanda İdman və Bədən Tərbiyəsi günü - 5 mart tarixində qadın jurnalistlər arasında 8 Mart Beynəlxalq Qadınlar gününə həsr olunmuş boulinq yarışı keçirdi.

Bankın cümə axşamı yaydığı məlumata görə, yarışda "AtaBank" ASC-nin dəvəti ilə Azərbaycan mediasında çalışan qadın jurnalistlər iştirak etdi. Boulinq yarışında yüksək nəticələr göstərən iştirakçılara "AtaBank" ASC-dən hədiyyələr verildi.

Tədbirdə iştirak edən "AtaBank" ASC-nin İdarə Heyətinin üzvü - İcraçı direktor Elnur Osmanov qadın jurnalistləri qarşıdan gələn 8 mart - Beynəlxalq Qadınlar günü münasibətilə təbrik edərək qadın jurnalistlərin Azərbaycan mediasında mühüm rolu və zəhmətindən bəhs edib. Qadın jurnalistləri bir araya gətirərək boulinq oyunu üzrə yarış keçirmək də təsadüfi deyil, belə ki, 5 mart Azərbaycanda İdman və Bədən Tərbiyəsi günü kimi qeyd olunur və bu səbəbdən əhali arasında çox sevilən bu oyun üzrə yarış keçirmək qərarı alınmışdır. "AtaBank" ASC qadın jurnalistərə gələcək işlərində uğurlar arzu edib.

1993-cü ildən fəaliyyət göstərən "AtaBank" ASC Azərbaycanın ən böyük kommersiya strukturlarından biridir. Bu gün "AtaBank" yüksək texnologiyalı universal bank hesab edilir. Bakıda və ölkənin müxtəlif regionlarında bankın 25 filial və şöbəsi fəaliyyət göstərir. Bank korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti