...

Türkiyədə etirazlar başlayıb, saxlanılan və xəsarət alanlar var

Cəmiyyət Materials 11 Mart 2014 23:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 mart /Trend/

Türkiyə polisi ötən il İstanbuldakı Gezi parkı hadisələrində xəsarət alan və müalicə aldığı xəstəxanada bu gün vəfat edən Berkin Əlvanın ölümünə etiraz olaraq Ankaranın Qızılay meydanında keçirilən aksiyanın qarşısını alıb.

Trend "Anadolu" agentliyinə istinadən məlumat verir ki, həmçinin avtomobil yolunu bağlayan etirazçılar polisin müdaxiləsindən sonra ara küçələrə qaçıblar.

Ara küçələrdə barrikadalar quran etirazçılar polisə daş və müxtəlif əşyalar atıblar. Təhlükəsizlik qüvvələrinin əməkdaşları isə nümayişçilərə qarşı gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edib.

Bir neçə nəfərin saxlanıldığı aksiya zamanı yaralananların da olduğu bildirilir.

Polis İstanbulda da B.Əlvanın ölümünə etiraz olaraq Qalatasaray Liseyi qarşısında toplaşaraq Taksim meydanına yürüş etmək istəyən aksiyaçıları ara küçələrə dağıdıb.

Etirazlar Eskişehir, Çankırı, Dənizli, Zonquldak, Kocaeli, Samsun, Adana, Konya və digər şəhərlərdə də keçirilib.

Xəbər lenti

Xəbər lenti