...

Türkiyədə hər həkimə 590 xəstə düşür

Cəmiyyət Materials 13 Mart 2014 13:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 mart /Trend, müxbir R.Hafizoğlu/

Türkiyədə hər həkimə 590 xəstə düşür. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Anadolu" agentliyi "Türk Sağlık-Sen" səhiyyə assosiasiyasına istinadən xəbər verib.

Məlumatda qeyd olunur ki, hazırda Türkiyədə fəaliyyət göstərən həkimlərin ümumi sayı 130 mindir.

Türkiyədəki həkimlərdən 75 min nəfəri dövlət xəstəxanalarında çalışır.

Məlumata əsasən, ən çox həkim İstanbulda, ən az həkim isə Tunceli vilayətindədir.

"Türk Sağlık-Sen" səhiyyə assosiasiyasının məlumatında o da qeyd olunur ki, ölkədə daha 115 min həkimə ehtiyac var.

Keçən il dekabrın 4-də Türkiyədə həkimlərin kəskin çatışmazlığı ilə əlaqədar ölkənin səhiyyə naziri Mehmet Müəzzinoğlu xaricdə çalışan türkiyəli həkimləri vətənə qayıtmağa çağırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti