Azərbaycan, Bakı, 19 mart /Trend, müxbir R.Hafizoğlu/
2013-cü ildə Türkiyə əhalisinin 7,7 faizini yaşı 65-dən yuxarı olan əhali təşkil edib. Trend-in məlumatına görə, bu barədə Türkiyə Statistika İnstitutunun çərşənbə günü yayımlanan məlumatında deyilir.
Məlumatda qeyd olunur ki, ölkədəki yaşlı nəslin sayı 2023-cü ildə 10,2%, 2050-ci ildə 20,8%, 2075-ci ildə isə 27,7%-ə yüksələcək.
Məlumata əsasən, yaşlı nəslə ən çox ölkənin Sinop və Kastamonu şəhərlərində rast gəlinir. Belə ki, bu şəhərlərdə yaşlı nəslin faiz nisbəti 16%-dən çoxdur.
Ölkədə ən az yaşlı əhalini qeydə alındığı yerlər isə Van, Hakkari və Şırnak olub. Belə ki bu şəhərlərdə yaşlı nəslin faiz nisbəti maksimum 3% təşkil edir.